Tort üçün şokoladlı-yağlı krem resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 16 762
Səs ver:
(səs: 7)
Tərkibi:
120 qr kərə yağı
yumurtanın yarısı (azacıq çalınmış)
150 qr şəkər pudrası
15 qr kakao
15 ml buzlu su
5 ml vanil ekstraktı

Hazırlanması:
Bu krem həm tortların içliyi həm də üz qatı üçün istifadə edilən krem növlərindəndir. Reseptdə göstərilən kərə yağından hazırlanan kremin ən sadə variantıdır. Yağlı kremlər ənənəvi olaraq kekslərdə, biskvitlərdə, pirojnalarda və digər desertlərdə istifadə edilir.

1. İnqredientlər.


2. Kərə yağı çoxlu qarışdırılır.


3. Yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.


4. Tədricən, ehtiyyatla qarışdıraraq, şəkər pudrası əlavə edilir. Hərəkət istiqaməti aşağdan yuxarı.


5. Kakao və vanil bir qədər suda durulaşdırılıb kremə əlavə edilir. Hamısı çoxlu qarışdırılır.


6. Krem hazırdır və artıq onu istifadə etmək olar. Reseptlərimizdə biskvitli ruletdə bu kremdən istifadə edilib.
 
Nuş olsun!
(səs: 7)
Şərhlər: 13
Baxılıb: 16 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri