Şokoladlı-bananlı keks resepti - FOTO RESEPT

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2662
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd çox dəymiş banan
125 ml bitki yağı
2 ədəd yumurta
100 qr qəhvəyi şəkər tozu
225 qr buğda unu
3 x/q (15 ml) kakao
1 ç/q qabartma tozu

Hazırlanması:
Bu kekslər əsasən səhər yeməyində və ya nahardan sonra qəhvə ilə çox yaxşıdı gedir. Gözəl formaya malik və cəmi yarım saata hazırlanır.

1. İnqredientlər.


2. Soba 200 dərəcəyədək isidilir. Bananlar püre halında olana qədər blenderdən keçirilir.


3. Yağ əlavə edilir və yaxşı qarışdırılır.


4. Yumurta əlavə edilir və yenidən qarışdırılır.


5. Şəkər tozu əlavə edilir.


6. Qarışdırılır və kənarda saxlanılır.


7. Digər boşqaba ələkdən keçirilərək un və üzərinə kakao əlavə edilir.


8. Yaxşı qarışdırılır.


9. Alınmış un az-az bananlı maye məhlula qarışdırılaraq əlavə edilir. Yaxşı qarışdırılır.


10. Alınmış məhlul ilə formalar həcminin 2/3 hissəsi qədər doldurulur və 15-20 dəqiqə müddətinə isidilmiş sobaya yerləşdirilir.


11. Bu müddət ərzində kekslər qaralıb və formalardan bir qədər irəli çıxacaqlar. Sobadan çıxardıb bir qədər formada qalıb soyuyandan sonra boşqaba əlavə etmək olar. Üzərinə şəkər pudrası əlavə edərək süfrəyə vermək olar.
 
 
 
Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2662
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv