Quş yuvası peçenyesi resepti

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 12 275
Səs ver:
(səs: 6)
Tərkibi:
125 qram kərə yağı
1 ədəd yumurta
1 st şəkər pudrası
Yarım stəkan nişasta
1-1.5 yemək qaşığı kakao
1 ədəd vanil
Lazım olduğu qədər un

Hazırlanması:
Bir qaba yumurta, nişasta, şəkər pudrası, kərə yağı, kakao və vanili əlavə edib mikserlə yaxşıca çalın. Sonra unu az-az əlavə edib ələ yapışmayan xəmir hazırlayın. Xəmirdən kiçik tikələr qoparıb sarımsaq əzənin ya da yağlı tort kağızlarının içinə doldurub yağlı kağız sərdiyiniz soba qabına sıxın. Xəmrin ortasına cola, ya başqa su qabının qapağını qoyub barmağınızla üzərindən basın. Öncədən 180 dərəcədə isidilmiş sobada 15 dəqiqə bişirin. Peçenyənin orta boş hissəsinə tort bəzəyi üçün istifadə edilən yeyilən muncuqlar  qoya bilərsiz.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 12 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri