Rocher pirojna resepti

Müəllif: Wiyinka
Şərhlər: 28
Baxılıb: 4588
Paylaş:
Səs ver:
(səs: 8)
Tərkibi:
biskvit:

8 yumurta (ağları sarılardan ayırın)
180 q şəkər pudrası
120 q un
40 q kakao
200 q fındıq (üyüdülmüş)
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
(hamısı otaq temperaturunda olmalıdır)

Rocher kremi:
400 q maskarpone pendiri (soyudulmuş)
400 q Nutella
100 q südlü şokolad (su hamamında əridib azca soyudun)
1/2 st. üyüdülmüş fındıq

Qaymaqlı krem:
500 ml 36%-li qaymaq (soyudulmuş)
100 q maskarpone pendiri (soyudulmuş)
2 x.q. şəkər pudrası

Şərbət:
1/2 qozlu (şokoladlı) likör və ya rom
1/4 st. su
(bunun yerinə şirin çay da götürə bilərsiniz)

Qanaş:
100 q südlü şokolad
100 ml 36%-li qaymaq
1,5 ç.q. açıq rəngli patoka (bunsuz da keçinmək olar, sadəcə patoka qanaşa parıltı verir)

Bəzək:
20 ədəd Ferrero Rocher praline

Biskvit üçün ərzaq otaq temperaturunda olmalıdır.
Üyüdülmüş fındıq, un, kakao və qabartma tozunu qarışdırın.
Mikserlə yumurta ağlarını və 1 çimdik duzu möhkəm çalın. Çalmağı dayandırmadan qaşıq-qaşıq şəkər pudrasını əlavə edin. Parıltılı kütlə alınanadək çalın. Yumurta sarılarını əlavə edib eynicinsli kütlə alınanadək çalın. Fındıq-un qarışığını əlavə edib taxta qaşıqla qarışdırın.

35x25 sm ölçülü formaya perqament döşəyin (ancaq dibinə, kənarları lazım deyil). Xəmiri formaya töküb hamarlayın. 170 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin (bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın). Sobanı söndürün, biskviti tam soyuyanadək içində saxlayın. Soyumuş biskviti çıxarıb iti bıçaqla 2 korja bölün.

Rocher kremi:
Maskarpone pendiri ilə Nutellanı mikserlə çalın. Eynicinsli kütlə alınanda su hamamında əridib bir qədər soyutduğunuz şokoladı əlavə edin, çalın. Fındıq əlavə edib yenə çalın. Üzərinə polietilen plyonka çəkib soyuducuda saxlayın (krem bir qədər qatılaşacaq).

Qaymaqlı krem:
Mikserlə maskarponeni yumşalınca çalın. Qaymağı ayrı qabda möhkəm çalın, sonda şəkər pudrası əlavə edib yenə çalın, maskarpone ilə qarışdırın.

Qanaş:
Qaymağı və patokanı qarışdırın, ocağın üstə qoyun, qaynara düşəndə götürün (qaynamasın), xırdalanmış şokolad əlavə edin. 2 dəqiqə müddətində qarışdırın. Soyuducuda saxlayın.

Yığılması:
Biskviti bişirdiyiniz formaya birinci korju qoyub üzərinə şərbət gəzdirin (likörlə su qarışığı). Rocher kreminin yarısını bərabər qaydada üzərinə çəkin. Üzərinə qaymaqlı kremin hamısını yayın. İkinci biksvit korjunu qoyun. Yenə şərbət gəzdirin. Rocher kreminin qalanını bərabər qaydada yayın, hamarlayın. Donması üçün bir qədər soyuducuda saxlayın. Soyumuş piroqun üzərinə qanaş çəkin. Yenə soyudun. Sonda üzərini Ferrero Rocher konfetləri ilə bəzəyin.

Süfrəyə verərkən dördbucaqlı formada doğrayın.

Nuş olsun!

loading...
(səs: 8)
Şərhlər: 28
Baxılıb: 4588
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Dadli gorsenir tewekkurler
1 may 2017 09:46
28
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Şəbnəm Vüsal
şakalatlı sirniyyatlara bayılırım.cətindi biraz.yani icliyini almaq.malum məsələ krizisdi bu aralar.ama alan olsa hazırlayaram...
21 aprel 2016 18:22
27
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
aytil
off olsa ne yeyerem
2 may 2015 20:32
26
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
nurka90
Cox gozel gorunur amma cox zehmet teleb edir
30 aprel 2015 09:21
25
Offline
emis
perojnalari sevirem bunu da beyendim saqlatli ne varsa sevirem ve yeyirem.ama innen bele calisacam sirin sey cox yemeyim dehset cox yeyirem sirin sey yemek yemirem ama sirin sey yeyirem.ziyandi resept ucun tesekkur
28 aprel 2015 00:19
24
Offline
sadecə mən
Hər gözəl şeyin bir bədəli var.Bunun da bədəli vaxtdır.
27 aprel 2015 15:53
23
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
WiRiN BaLaM
gozel gorunuur
27 aprel 2015 15:01
22
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Yusif Ulker
ne gozel lezzetli gorunusu var ya canim cekdi
27 aprel 2015 11:43
21
Offline
Qlamurr
Görüntüsündəd dadlı,ləzzətli olduğu görünür,ancaq hazırlanması da bir o qədər çətindi))
27 aprel 2015 00:41
20
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Meleknur
Eziyyetlidi amma dadli gorunur
26 aprel 2015 23:59
19
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
FISTIK
Cetindir amma dadli olar.
26 aprel 2015 23:54
18
Offline
Сладкий Ангел
uuff ne gozel gorunur lap istedimmmmm))nyamamma cox cetindi hazirlanmagi
26 aprel 2015 22:45
17
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Ayten666
Ne asanddir dehsettttrr
26 aprel 2015 21:51
16
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
SENSİZ
mende bu qeder sebr hardandi cox cetin geldi mene
26 aprel 2015 21:34
15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
sia
edirem bunan iwlediyim yerde
26 aprel 2015 21:10
14
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Offline
Nur k-off
Dadi yeqin yaxşi olar amma men tenbelem durub hazirlaya bilmerem bunu
26 aprel 2015 20:12
13
SVETA
Offline
Nezka
Çətin oldu e
26 aprel 2015 19:08
12
İçimi görsən mənə aptek alarsan.
Offline
BARBI
Bu pirojnaya cox vaxt serf olunur beledeki hazir almaq en yaxsisidir
26 aprel 2015 18:48
11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
talis balasi
Cox dadli gorunureeeee
26 aprel 2015 18:20
10
Offline
SEVGI DENIZIM
ELA COX DADLI OLAR YEQINKI
26 aprel 2015 18:11
9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv