Düymə şirniyyatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 14 286
Səs ver:
(səs: 5)
Tərkibi:
125 qr marqarin
2 su stəkanı qovrulmuş un
2 ədəd yumurta
1 su stəkanı un
1 paket qabartma tozu
1 qəhvə fincanı soda
1 çay qaşığı vanil
2 xörək qaşığı marmelad
2 xörək qaşığı badam

Şərbəti üçün:
yarım su stəkanı şəkər tozu
1 xörək qaşığı limon suyu
1 çay qaşığı vanil
1 su stəkanı su

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayın.Bunun üçün 1 su stəkanı su və bir yarım su stəkanı şəkər tozu qaynadın.Ocaqdan götürüb , 1 xörək qaşığı limon suyu və 1 çay qaşığı vanil əlavə edin.Soyumağa qoyun.Bu vaxt ərzində qazana yağ və qovrulmuş unu əlavə edib 15 dəqiqə qovurun.Soyumağa qoyun.Yumurta, un, qabartma tozu, soda və vanil əlavə edib yoğurun.Hazırladığınız xəmirdən yumurta böyüklüyündə parçalar qoparın.Əlinizdə yuvarlayın.Baş barmağınızla ortalarına basaraq çuxur yaradın.Yağlanmış boşqaba düzün.Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.Sobadan alıb , üzərinə soyutduğunuz şərbəti gəzdirin.Ortalarına marmelad və badam qoyub süfrəyə təqdim edin.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 14 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri