Limonlu keks resepti

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 8 676
Səs ver:
(səs: 6)
Uşaqların əksər hissəsi dükanlarda satılan keksləri xoşlayır.
Lakin bu kekslərin tərkibində külli miqdarda müxtəlif kimyəvi maddələr var ki, onların bir çox hissəsi  saqlamlıq üçün heç də ziyansız deyil.
Bu səbəbdən özünüz uşağınıza "dükandakı kimi" keks bişirin.

Tərkibi:
- yumşalmış kərə yağı (otaq temperaturunda olmalıdır) - 170 qr
- şəkər tozu - 1 stəkan
- limon şirəsi - 2 xörək qaşığı
- 1 limonun qabığı
- təbii yoqurt (və ya qatıq) - 1/2 stəkan
- yumurta - 3 ədəd
- un - 1,5 stəkan
- qabartma tozu - 2 çay qaşığı
- düz - 1 çimdik
- vanil - 1 paçka

Hazırlanması:
1. Kərə yağını blenderdə və ya mikserlə yaxşı çalın. Sonra şəkər tozu əlavə edin və yenə yaxşı çalın. (şəkildə olduğu kimi alınmalıdır).

2. Alınmış kütləyə limon şirəsi və sürtgəcin xırda gözündən keçirilmiş 1 limonun  qabığını əlavə edin və yenə də yaxşı qarışdırın. Daha sonra tədricən yoqurt və yumurta (bir-bir) əlavə edin və qarışdırın.

3. Sonra qaba un, qabartma tozu, duz və vanilin əlavə edin və 1 dəqiqə ərzində qarışdırın. Xəmir hamar alınmalıdır. Xəmirin bərkliyi qatı sıyıq kimi olmalıdır.

4. Düzbucaqlı formaya xüsusi kağız sərin və xəmir qoyun.

5. Sobanı əvvəlcədən 180 C-yə kimi qızdırın və keksi 45-50 dəqiqə ərzində bişirin. Keksi sobadan çıxardın, 10 dəqiqə ərzində formada saxlayın və sonra formadan çıxardın. Keksi tam soyudun və sonra kəsin.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 8 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri