Ballı tort resepti

Müəllif: aliceWOnDer
Şərhlər: 11
Baxılıb: 17 186
Səs ver:
(səs: 8)
Tərkibi:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

krem üçün:
2 yumurta
2 st süd
80 qr kərə yağ
1 st pesok
3 qaşıq un
vanil

Üzərini bəzəmək ücün ağ və qara shokolad.

Hazırlanması:
Krem üçün yağdan başqa bütün ərzaqları qatilaşana qədər bişiririk.Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın.

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. . Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 7 hissəyə bölün.

Hər kündəni nazik acib 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin.Layların arasına bolluca krem çəkin üst-üstə yığın,üzərini də zövqə görə bəzəmək olar.Mən ağ və qara shokoladı azca kərə yagi ilə əridib bələ bir forma verdim .

Nuş olsun!
(səs: 8)
Şərhlər: 11
Baxılıb: 17 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri