Pavlova tortu resepti

Müəllif: arzum-aysum
Şərhlər: 23
Baxılıb: 2272
Paylaş:
Səs ver:
(səs: 4)
Qızlar, sizlərə yenə çox dadlı və fərqli bir resept təqdim eliyirəm. Bu resepti canım bacım Madinanın istəyi üçün göndərmişəm. Ümid edirəm bəyənərsən bacım, elə siz də qızlar...

Tərkibi:
merengi (beze) üçün:
yumurta ağı- 4 ədəd (otaq temperaturunda)
şəkər - 180 qr
vanil şəkəri - 10 qr
qarğıdalı nişastası - 2 ç/ q
ağ üzüm sirkəsi - 1 ç/q
limon şirəsi _ 0,5 ç/q

krem üçün:
yağlı qaymaq (35%) - 250 ml
şəkər pudrası- 1-2ç/q
qarışıq giləmeyvələr

Hazırlanması:
Soba qabının içinə perqament kağızı qoyun və üzərində tortunuzun olması istədiyiniz böyüklükdə dairə çəkin. Kağızı karandaş izi aşağıda qalsın deyə tərs tərəfə çevirin.
Vanil şəkəri və şəkəri blender qabına qoyub üyüdərək şəkər pudrası halına gətirin.
3 çay qaşığı şəkər pudrası ayırın və nişasta ilə qarışdırın.
Yumurta ağlarını bir qaba qoyun və üzərinə limon şirəsi əlavə edin. Mikserin orta sürətində yumşaq köpük halına gələnə qədər çalın. Mikseri dayandırmadan hissə hissə şəkəri əlavə edin. Bütün şəkəri əlavə etdikdən sonra mikserin sürətini artirin və kütlə bərk olana qədər çalın ( qabı başı açağı tutanda yumurta ağları tökülməməlidir). Alınmış merenginin üzərinə (çalınmış yumurta ağları-beze) nişasta ilə qarışdırdığımız şəkəri və üzüm sirkəsini əlavə edin. Bütün ərzaqlar qarışsın deyə, enli lövhə ilə çox səliqəli şəkildə aşağıdan yuxarıya doğru qarışdırın. Hazır merengini kənarları ortasından hündür olacaq şəkildə əvvəlcədən dairə çəkdiyiniz perqament kağızının üstünə tökün. Əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 1 – 1.5 saat bişirin. Bezelərin üzəri xırt xırt olmalı, içi isə yumşaq qalmalıdır.
Bişdikdən sonra soba qabından perqament kağızı ilə birgə çıxardıb soyumağa qoyun.

Kremin hazırlanması:
Yaxşı soyumuş qaymağı mikserin aşağı və ya orta sürəti ilə mikser qaldırdıqda uclarının izi qalana qədər çalın. Şəkər pudarsı əlavə edib çalın ( bir şeyə diqqət etmək lazımdır ki, çox çaldıqda qaymaq yağa dönüşə bilər. Buna fikir verin)
Giləmeyvələri yuyub yaxşıca qurudun.
Bezeni bir nimçəyə qoyun və ortasına çalınmış qaymağı əlavə edin. Sonra isə üzərini istədiyiniz kimi bəzəyin.
Nuş olsun!

 

 

 

 


loading...
(səs: 4)
Şərhlər: 23
Baxılıb: 2272
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Yusif Ulker
bunun basqa formasini bibim bisirmisdi coox dadliydi ey bacim dedi bisirecem mende ama deyecem onda yox bundan bisirsein superdi bu
12 iyun 2015 07:53
23
Offline
vipbetul
superdiki bu

superdiki bu
11 iyun 2015 19:53
22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
aytil
ayyy olsa ne yeyerem amma bisirmek cetindi
11 iyun 2015 15:28
21
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
SENSİZ
TORTLARI COX SEVIREM, AMA MEYVELI TORT SEVMIREM
10 iyun 2015 22:55
20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
...AdaDunyam``
gorunusu superdir,dadinin da gozel olduguna subhem yoxdur
10 iyun 2015 21:36
19
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Catwoman666
coooxx sevirem meyvveli torlari amma tebii ki dadli tortlari
10 iyun 2015 20:48
18
Viking
Offline
Cimbom Nilay
Ben ablamla beze yaptım. Bezeyi çoo 05 yorum... Ama böyle tarif hiç tatmadım.. Leziz ...
10 iyun 2015 20:22
17
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Offline
Antikvar
Görünüşü yaxşıdı,amma resept çətin gəldiyi qədər çox kremlidi.Yeməyə bilərəm)Tşk.
10 iyun 2015 18:02
16
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
qanadli melek
Dadi super olar bu tortun
10 iyun 2015 17:58
15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Leylican
normaldi
10 iyun 2015 17:52
14
SEBR....
Offline
GünƏşimƏ_AiD_
Bizeni cox sevirem..dadli bir sheye benziyirr elemek olareee...komkret eladi...tshk edirem..
10 iyun 2015 17:45
13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
yarpaq33
Gorunuwu superdi ama bezeli tortlari sevmirem
10 iyun 2015 16:52
12
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Fialka
Bezedən ibarət tortdur , həmdə meyvəli olduğuna görə bəyəndim, kremidə çox olsada baxır hansı kremdir hazırlamaq olar, təşəkkürlər.
10 iyun 2015 16:51
11
Offline
ulduz
HEMDE O KREM DEYIL BEZEDI
10 iyun 2015 16:50
10
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Dosta_inam
Çox gözel görünür,ancaq men bele çox kremli tort yeye bilmirem,teşekkür resept üçün.

Çox gözel görünür,ancaq men bele çox kremli tort yeye bilmirem,teşekkür resept üçün.
10 iyun 2015 16:50
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
ulduz
BE RESPT DEFTERIMDE VAR COX GOZELDI ,OLSA YEYERDIK
10 iyun 2015 16:49
8
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
teri meri
meyvəli və çox kremli tortları sevmirəm
10 iyun 2015 16:49
7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
yasemin
Meyveli tortları sevirem ama bu çoox kremli görsenire bu qədərdə kremlileri ele sevmirem
10 iyun 2015 16:39
6
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
Happy
Chox dadli gorunur. Indi chayla chox gozel gederdi :) Resept uchun chox sagol ;)
10 iyun 2015 16:37
5
Offline
BARBI
Bu derecede kremli tortlari hec sevmirem.
10 iyun 2015 16:34
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv