Alma və qat-qat xəmirdən qızılgül resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 13 201
Səs ver:
(səs: 11)
Tərkibi:
qat qat xəmir
bir neçə alma
şəkər - 3 x/q
şəkər pudrası
su - 200ml
 
Hazırlanması:
Almaları 4 yerə bölüb qabığını soyuruq. Sonra nazik dilimlər kəsirik.
Şəkərdən sirop hazırlamaq üçün 200 ml suya 3 x/q şəkər əlavə edib qaynadırıq. Qaynayan siropa alma dilimlərini atıb 3 dəqiqə ərzində bişiririk ki, dilimlər bütöv qalsın.
Donu açılmiş qat qat xəmiri eni 3 sm , uzunluğu isə 25 sm olmaqla hissələrə kəsirik.
5 ədəd alma dilimini xəmirin üzərinə düzürük, və şəkildə göründüyü kimi bükürük. Xəmirin aşağı hissələrini içəri qatlayırıq. Hazır qızılgülləri kağız sərilmiş soba qabına qoyuruq və  180C dərəcədə qızılı rəng olana qədər bişiririk.
Hazır alma qızılgüllərinin üzərinə şəkər pudrası səpirik.
 
Bu desert asan başa gələn və baha olmayan bir desertdir. Əminəm ki, bu cür qızılgüllər sizin qonaqlarınızın da xoşuna gələcək

Alma və qat-qat xəmirdən qızılgül resepti - FOTO RESEPT

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 11)
Şərhlər: 10
Baxılıb: 13 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri