Kökəltməyən mayasız blinçik resepti

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 6 936
Səs ver:
(səs: 3)
Tərkibi:
Süd və ya su - 2 stəkan
Un - 1,5 stəkan
Yumurta - 2 ədəd
Şəkər - 1 xörək qaşığı
Duz - 0,5 çay qaşığı
Bitki yağı - 2 xörək qaşığı

Hazırlanması:
Əvvəlcə xəmirin hazırlanmasının kiçik sirlərini sizlərlə bölüşürük. Unu ələkdən keçirin, bu, bilinçikin xəmirini daha yumşaq və zərif edəcək. Duru inqrediyentləri nazik şırnaqla una əlavə edin və qarışdırmağı da unutmayın ki, topalar əmələ gəlməsin.
Bilinçiklərdə deşiklərin olmasını istəyirsinizsə, xəmirə bir az qazlı su əlavə edin. Eləcə də xəmirə günəbaxan yağı tökmək lazımdır - bu xəmirə elastiklik verəcək ki, bunun sayəsində xəmirin konsistensiyası yaxşılaşacaq və  tavada bişirərkən yanmayacaq.

Daha bir neçə məsləhət:
Bilinçik üçün əla növ buğda unu istifadə edin.
Süd mütləq  isti olmalıdır.
Yağsızlaşdırılmış süd istifadə etmək məsləhət deyil.
Bilinçikin nazik olması üçün xəmirin duru olması şərtdir.
Bilinçikə yumurta çox vurularsa, xəmir daha kobud və bərk olacaq.

Bilinçiklərin qızardılma sirləri:
Qızartmadan öncə xəmirin özünə gəlməsi üçün 15  dəqiqə saxlayın. Bu yolla həm də çevrilmə prosesində bilinçiklər parçalanmayacaq.
Bilinçiki yaxşı qızdırılmış və dibi kərə və ya bitki yağı ilə yağlanmış tavaya tökmək lazımdır. Çuqun tava ən idealıdır. Əsas odur ki, dibi düz və qalın olsun ki, xəmir yapışmasın.
Yeri gəlmişkən, çuqun tavanı bilinçik bişirməyə hazırlamaq lazımdır. Tavanın dibini örtəcək qədər duz səpin və 20 dəqiqə ərzində arabir qarışdırın. Bundan sonra duz tökün, soyuduqdan sonra tavanı yaxşıca yuyub qurudun, xaricdən və daxildən bitki yağıyla yağlayın daha sonra onu və 180 dərəcə temperaturda sobada təxminən 30 dəqiqə saxlayın. Bundan sonra tava zərif bilinçikləri bişirməyə tam hazırdır.
Yaxşı olardı ki, taxta çömçədən və çevirmək üçün taxta kürəkdən istifadə edəsiniz.
Hazır bilinçikin üzərinə kərə yağı sürtün, bu həm xəmiri ətirli edəcək, həm də dadına dad qatacaq. Ən əsası bilinçiklər bir-birinə yapışmayacaq.
Bütün inqrediyentləri yaxşıca qarışdırın və tavada bilinçiklərinizi bişirin. Üzərinə meyvə, şokolad yağı, cem, mürəbbə çəkib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri