Xaşxaşlı, limonlu tort resepti

Müəllif: Catwoman666
Şərhlər: 21
Baxılıb: 1836
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi:
Biskvit üçün:

3 ədəd yumurta
90 q şəkər tozu
90 q un

Xaşxaşlı biskvit üçün:
40 q şəkər kirşanı
40 q xaşxaş
1 ədəd yumurta
1 yumurtanın sarısı
2 yumurtanın ağı
10 q paket yağı
10 q un

Krem üçün:
1 ədəd yumurta
1 yumurtanın sarısı
140 q limon şirəsi
100 q şəkər tozu
1 ç.q nişasta
200 q kəsmik

Sirop üçün:
Yarım limon
50 q şəkər tozu
120 q su

İsveçrəsayağı meranqa üçün:
2 yumurtanın ağı
120 q şəkər kirşanı
1 paket vanilin və ya 1 çay qaşığı yarısı vanil ekstratı

Hazırlanması:
Sobanı əvvəlcədən isidin (2000 C-də). Diametri 20 sm olan formanı yağlayıb unlayın. Əvvəlcə biskviti hazırlayın. Bunun üçün yumurta sarılarını şəkər tozunun yarısı ilə qatı ağ köpük əmələ gələnə qədər çalın. Başqa bir qabda isə yumurta ağlarını köpük əmələ gələnə qədər çalın. Sonra isə yerdə qalan şəkər tozunu da əlavə edib parıltılı ağ rəngli məhlul alınana qədər mikserlə çalın. Yumurta ağı ilə sarısı olan məhlulları bir-birinə qarışdırın.
Bu qarışımın üzərinə ələnmiş un əlavə edərək qaşıqla asta qarışdırın. Asta qarışdırmaq ona görə lazımdır ki, köpüklər yox olmasın.
Xəmiri qabaqcadan yağlanıb unlanmış formaya tökün. 200°С-də 25-30 dəqiqə ərzində bişirin. Bişəndən sonra soyudun və bir neçə saat kənarda saxlayın.
Xaşxaşlı biskviti hazırlamaq üçün əvvəlcə xaşxaşı qəhvə üyüdəndə yaxşıca üyüdün. Xaşxaşlı biskvit üçün lazım olan iki yumurta ağından başqa bütün ərzaqları qatıb çırpma teli ilə qarışdırın. Yağı əritsəniz, yaxşı olar.
Yumurta ağlarını kənarda köpüklənənə qədər çalıb ehmalca xaşxaşlı xəmirə əlavə edin və az olmaq şərtilə qarışdırın.
Listə yağlı kağız sərin. Listin kənarlarını isə yağlayıb unlayın. Sonra isə xəmiri listə tökün və 180°С-də 20 dəqiqə bişirin. Biskvit bişəndən sonra onu elə listin içində soyudun. Sonra piştaxtaya yağlı kağız (kalka) sərin və listi o kağızın üzərinə tərsinə qoyun. Biskvit özü kağızın üzərinə düşəcəkdir.
İndi isə siropu hazırlayın. Bunun üçün su ilə şəkər tozunu qatın və qaza qoyun. Su qaynayanda yarım limonun suyunu (istəyə görə limonun sayını artıq da etmək olar) sıxıb onun üzərinə əlavə edin. Sonra isə siropu özünü tutması üçün bir neçə saat kənarda saxlayın.
İndi isə kremi hazırlayın. Yumurta, yumurta sarısı, şəkər tozu və limon şirəsini, eləcə də bir ədəd limon sedrasını qarışdırın və bu qarışımı otaq temperaturunda bir saat saxlayın. Bu bir saat ərzində isə onu tez-tez qarışdırın ki, şəkər tozu həll olsun. Bu qarışımı bir neçə saatdan sonra bir qazana ələkdən keçirərək tökün. Sonra isə üzərinə nişasta əlavə edin və səliqə ilə və yaxşıca qarışdırın. Asta xodlu odda qaynayana qədər saxlayın və qaynara gələndə bir dəqiqə ərzində saxlayın ki, krem qatılaşsın. Hazır kremin üzərini qida sellofanı ilə bağlayın, soyudun. Soyuyandan sonra isə soyuducuya qoyun. Bu kremdən iki yemək qarışı ayırın. Limonlu kremimiz hazırdır.
Soyuq kəsmiyi ələkdən keçirin. Kəsmiyi çalarkən üzərinə ayırdığınız limonlu kremi əlavə edin və qarışdırın. Kəsmikli kremimiz də hazırdı.
Artıq tortu tam hazırlamaq zamanıdır. Biskviti ortadan iki hissəyə kəsin. Alınan hər iki biskvitə limonlu sirop çəkin. Altda qalan biskvitə kəsmikli kremin yarısını çəkin.
Sonra isə onun üzərinə xaşxaşlı biskviti qoyun. Bu biskvitin üzərinə isə yerdə qalan kəsmikli kremi çəkin. Onun da üzərindən sirop çəkilmiş biskviti qoyun və üzərindən nazik qat limonlu krem çəkin. Siropu biskvitlər yumşaq olsun deyə çəkirik. Bundan sonra tortu soyuducuya qoyun.
İsveçrəsayağı meranqa üçün yumurta ağı ilə şəkər kirşanını su hamamında qarışdırın. Qatı bir qarışım alınana qədər qarışdırın. Qazın odu zəif olsun. Üzərinə vanil əlavə etməyi də unutmayın. Hazır tortun üzərinə meranqanı çəkin. Əvvəlcə ortasına qalın təbəqə çəkin.
Sonra isə yerdə qalan meranqanı tortun üzərinə əlavə edin və onu tortun üzərinə eləcə də kənarlarına bərabər miqdarda yayın (elə edin ki ortadakı qalın çəkilmiş kremin qalınlığına xələl gətirməyin). Sonra isə bir çəngəlin və ya bıçağın köməkliyi ilə kremə dalğalı naxışlar verin.  İsveçrəsayağı meranqa qaldıqca daha da qatılaşır və onu torta çəkmək çətinləşir. Ona görə də onu tez-tez çırpma teli ilə qarışdırın ki, yumşaq və rahat çəkilən olsun.
Hazır tortu 2-3 dəqiqə qaynar sobanın içinə qoyun və çıxarın və ya mətbəx üçün işlədilən kiçik od verənlərdən istifadə edərək tortun üzərinə od verə bilərsiniz. Bu proses üzərinin kremi bir qədər rəngini dəyişsin deyə lazımdır. Ona görə də bunu etməsəniz də, olar.
Tortumuz hazırdır.

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 21
Baxılıb: 1836
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Yusif Ulker
gorunusu superdi hazirlamaga deyer
29 iyun 2015 16:29
21
Offline
Leylican
cox da beyenmedim
26 iyun 2015 18:07
20
SEBR....
Offline
vipbetul
xosuma glmedi
25 iyun 2015 16:37
19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
Görünüşü dadlı görünür..ama deyəsən çətin oldu biraz
25 iyun 2015 00:40
18
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
ulduz
maraqli breseptdi ama cetindi..isdide sebrim yoxdu ...indi cay icirem olsada yesem
24 iyun 2015 22:36
17
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
...AdaDunyam``
gorunusu qewengdir,amma limonlu sirniyyatlari sevmirem
24 iyun 2015 22:29
16
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
teri meri
limonlu şirniyatlar dadlı olur bişirən olsa yeyərəm
24 iyun 2015 19:00
15
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
ALESSANDRA
vooov çox çetindi....
ama çooooox qeşeng görünür
tam ac vaxtima düşdü
eyy mende istiyrem 18
24 iyun 2015 18:57
14
Don't trust anyone ∆
Offline
Catwoman666
hazirlanmasi cetin olsa da coox dadli sirniyyata oxsayir
24 iyun 2015 18:36
13
Viking
Offline
Sucan
hmm cetindi
24 iyun 2015 18:27
12
Offline
tek umidim sen
Dadli gorsenir, resepti de yaxidi, lakin gec basa gelendi...
24 iyun 2015 18:06
11
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Dosta_inam
Alt terefi bir tort ama çetin ve uzun prasesden sonra erseye gelen bir iş,hazırlayıb veren olsa yeyerdim,teşekkür.
24 iyun 2015 17:45
10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Ela
Tort haqqında dastandı ele bıl))))
Her ehtımala atdım secılmıwlere
24 iyun 2015 17:39
9
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Offline
Canavar sevgisi
Oxumaga bele hevesim catmadi: /hele qalsin biirmeye: /////
24 iyun 2015 17:20
8
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
MODABAZ
Bidirselerrr yiyerem ama bele rıiyen diyilem
24 iyun 2015 17:12
7
Heyata daim gulmek lazimdii
Offline
Meleknur
Gornuwun beyendim amma cetindi tewekkurler
24 iyun 2015 16:57
6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
yarpaq33
Hele bunun reseptinde her wey 90- qram 10qramdi bu qeder vaxt aparir gr inqridientler o biri totlardaki kimi cox olsaydi bunu 1 sutkaya hazirlayardilar
24 iyun 2015 16:54
5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Online
BARBI
Hazirlanmasi cetindi. Hem de bele tortlari sevmirem
24 iyun 2015 16:53
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
GünƏşimƏ_AiD_
Limonnu keksleri cox xoshluyuram..uzun resepti dadli olar yeginki
24 iyun 2015 16:51
3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Tomris Müslümova
Məncə dadlı olacaq ama hazırlanması çətindi.təşəkkürlər))
24 iyun 2015 16:50
2

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook