Şokolad souslu alman tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 054
Səs ver:
(səs: 3)
Tərkibi:
1 su stəkanı süd
2 ədəd yumurta
Yarım paket yaş maya
1 su stəkanı şəkər
50 qr marqarin
1 çay qaşığı duz

Krem üçün:
3 yemək qaşığı un
3 yemək qaşığı şəkər
2 su stəkanı süd
1 paket vanil
50 qr marqarin

Üzəri üçün:
Şokolad sousu
Tort bəzəyi

Hazırlanması:
Maya iliq südlə birlikdə yaxşıca eridilir.Sonra qalan  vəsaitlər də əlavə edilib yumşaq bir xəmir yoğrulur. Xəmirb 1.2 sm. qalınlığında yayılır. Açılmış xəmir su stəkanı ilə kəsilir və yağlanmış soba listinə yığılıb  yarım saat listdə saxlanılır. Sonra  200 dərəcə sobada qızaranadək  bişirilir.
Xəmirlər bişdikdən sonra  ortadan ikiyə bölünür.Lakin tam ayrılmır. Içlərinə bir xörək  qaşığı krem qoyulur.Hazır olduqdan sonra üzərlərinə şokolad sousu əlavə edilir .Son olaraq tort bəzəyi ilə bəzəyib xidmət edilir.

Nuş Olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri