Bəxtəvər tortu resepti

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 535
Səs ver:
(səs: 4)
Əgər bu resept oxuyursunuzsa, deməli bəxtiniz gətirib. Təsadüfi deyil ki, tortun adı da "Bəxtəvər"dir. Çünki belə sadə resept əsasında hazırlanan tortun bu qədər dadlı olacağı inanılmazdır.

Tərkibi:
Un - 250 qram
Şəkər tozu - 300 qram
Kakao - 55 qram
Soda - 1,5 çay qaşığı
Duz - 1 çay qaşığı
Bunları yaxşı qarışdırın. Ardınca aşağıdakıları əlavə edin:
Yumurta - 2 ədəd
Vanil ekstraktı  - bir-iki çay qaşığı
Yumşaq kərə yağı - 60 qram
Zeytun yağı - 60 ml.
Süd - 280 ml.
Şərab sirkəsi  - 1 xörək qaşığı, istənilən digər sirkə də istifadə edə bilərsiniz.

Hazırlanması:
Bu qədər inqrediyentlərdən 20 sm. hündürlüyündə  bir lay hazırlanır.
Bütün ərzaqları əlavə etdikdən sonra mikserlə qarışdırın. Əvvəlcə topalar əmələ gələcək, amma 3-4 dəqiqə sonra kütlə hamar, həmcins və parlaq olacaq.
Soba tavasını yağlayın, dibinə perqament kağız sərin.
175 dərəcədə təxminən 50-60 dəqiqə bişirin. Əvvəlcə korj sürətlə köpəcək, sonra proses yavaşıyacaq. 40 dəqiqədən sonra hər 5 dəqiqədən yoxlamaq lazımdır
Tortun hazırlanmasının ipuclarının bilmək çox vacibdir. Beləliklə, tortun korju hazır olduqdan sonra soyudun və qida plyonkasına bükün. Bir neçə saatdan sonra korj yumşaq və zərif olacaq. Özü də 3-4 gün onu saxladıqda belə bərkimir.
Üzərinə istəyidiniz krem hazırlayıb çəkə bilərsiniz, kremə kakao əlavə etməyi unutmayın, üzərini zövqünüzə görə bəzəyə  bilərsiniz.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri