Sevinc piroqu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 696
Səs ver:
(səs: 3)
Sizlərlə çox dadlı bir piroq resepti paylaşacam.
Piroqun xəmiri balla, içliyi isə kəsmik və şokoladla hazırlanır.

Tərkibi:
Xəmir üçün:

2 yumurta
180 qr marqarin
2 st. un
1 st. şəkər tozu
3 x.q. bal
1 x.q. xama
0,5 ç.q. soda

İçlik üçün:
200 qr. Kəsmik
1 yumurta
100 qr. şokolad
2-3 x.q şəkər tozu
 
Hazırlanması:
Piroqun xəmiri keks xəmiri kimi olmalıdır. Əvvəlcə yumurta şəkər tozu ilə çalınır. Bal, xama və əridilmiş  marqarin əlavə edilib qarışdırılır. Üstünə unla qarışdırılmış soda əlavə edilib qarışdırılır. 
Ət maşınından keçirilmiş kəsmiyə yumurta və sürtgəcin iri gözündən  keçirilmiş  şokolad əlavə edilib qarışdırılır. 
Piroq bişiriləcək tava yağlanır və xəmirin yarısı tavaya tökülür. Üstünə içliyin hamısı yayılır və xəmirin qalanı da içliyin üstünə tökülür. 
180 dərəcədə 30-40 dəqiqə bişirilir.
Piroqumuz hazırdır.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 7 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri