Napoleon tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 19 497
Səs ver:
(səs: 1)
Tərkibi:
1,8 kq buğda unu
600 qr kərə yağı
200 ml su
½ ç.q. duz  3 lt süd  500 qr şəkər tozu 5 ədəd yumurta  10 qr vanil

Hazırlanması:
1. Xəmir üçün 1,5 kq una (6 stəkan) 500 qr. yağ əlavə edib bıçaqla xırda-xırda doğrayın ki, yağ unla qarışsın. Unu bir yerə toplayın.
2. Soyuq suyu duzla qarışdırıb tədricən un topasının ortasına əlavə edə-edə qarışdırıb xəmir yoğurun.
3. Xəmiri 9 bərabər hissəyə bölün. Hər dilimi maksimum 2 mm qalınlıqda yayın, unlayıb əvvəlcədən 180*C qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
4. Krem üçün 2,5 l südü isidin.
5. Süd qızana kimi yumurta və şəkər tozunu qarışdırın. Üzərinə un əlavə edib yaxşıca çalın. Sonra südün qalanını (0,5 l) əlavə edib qarışdırın.
6. Süd yaxşı qızdıqdan sonra yumurtalı qatışığı nazik şırnaqla dayanmadan qarışdıra-qarışdıra südə əlavə edin. Çala-çala kremi qaynara salana kimi qızdırın, qabarcıqlar əmələ gələn kimi alovdan götürün. İsti kremə 100 qr. yağ və vanil əlavə edin. İstəkdən asılı olaraq şəkər tozu əlavə etmək olar.
7. Tortun hər dilimini bolluca kremləyib üst-üstə yığın. Kremə qənaət etməyin, krem tortun üstündən və böyürlərindən axmalıdır. Bu halda korjlar daha yumşaq və dadlı olur. Korjlardan birini daha çox qızardıb ovun, sonda tortun üstünə və böyürlərinə səpin.
8. 6-7 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Qeyd: Hər bir korj 30 sm diametr olacaq. Siz kündələrin sayını çoxaltmaqla tortun hündürlüyünü artıra, enini azalda bilərsiniz. Xəmiri dilimlərə böldükdən sonra soyuducuya qoyun, layları növbə ilə yayıb bişirin, belə ki, xəmirin tərkibi yağlı olduğundan otaq temperaturunda çox yumşalır və yayılması mümkün olmur. Korjları kremləməmişdən əvvəl kremi azca soyudun.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 19 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri