Bu piroq yumurtadan sonra ən asan hazırlanan şirniyyatdır.
Tərkibi:
3 yumurta
Şəkər 1 stəkan
Un 1 stəkan
Piroqa istənilən meyvəni - alma, banan, armud, giləmeyvə, qurudulmuş armud və ya gilas əlavə etmək olar.
Əgər böyük piroq bişirirsinizsə, inqrediyentlərin sayını artırın. Məsələn, 6 yumurta, 2 stəkan şəkər tozu, 2 stəkan un....
Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Hər iki kasaya şəkər tozu töküb qarışdırın. Şəkər tozunu iki hissəyə bölmək lazımdır. Unu da eyni şəkildə iki hissəyə bölün, yarısını yumurtanın ağına, ikinci yarısını isə sarısına əlavə edib qarışdırın.
Sonra hər iki kütləni bir-birinə qarışdırın.
Tavanı yağlayın. Alt qatdan armud, alma, banan düzün, üzərindən isə gilas və ya gilənar tökə bilərsiniz. Daha sonra isə xəmiri qaba tökün və 200 dərəcədə 20 dəqiqə bişirin