Çiyələk və qaymaqlı manna sığıyı resepti

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 360
Səs ver:
(səs: 1)
Tərkibi:
Sıyıq üçün:

süd - 2,5 stəkan
2 стакана моды
duz - 1/4 ç.q.
manna yarması - 1 stəkan
qəhvəyi şəkər tozu - 3 x.q.
vanil - 1,5 ç.q.

Əlavə:
doğranmış çiyələk
süd və qaymağın qatışığı (və ya sadəcə süd)
doğranmış ləpə (qoz və ya badam)

Hazırlanması:
Qazanda süd, su və duzu qarışdırın. Orta alovda qızdıraraq tədricən qaynara salın. Qarışdıra-qarışdıra hissə-hissə manna yarması səpin. Alovu minimuma azaldıb qazanın qapağını qoyun. Bir neçə dəqiqədən bir qarışdıra-qarışdıra 25-30 dəqiqə bişirin. Sıyıq qatılaşmalı kremə bənzəməlidir (Sıyıq tez qatılaşsa süd əlavə edin).

Alovdan götürüb şəkər tozu və vanil əlavə edin, qarışdırın. Sıyığı qablara töküb, doğranmış çiyələk səpin. Qaymaq töküb ləpə səpin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri