Gül paxlava resepti

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 7 367
Səs ver:
(səs: 2)
Tərkibi:
1 stəkan süd,
3 yumurta,
1 stəkandan bir barmaq əskik duru yağ,
1\2 paket qabartma tozu,
1 yemək qaşığı sirkə,
Aldığı qədər un(5 stəkana yaxın),

İçərisinə:
fındıq və qoz,

Açmaq üçün:
Nişasta,

Üzərinə:
200 q kərə yağı,
Şərbəti üçün:
5 stəkan şəkər,
4 stəkan su,
1\2 limon suyu,

Hazırlanması:
Gül paxlava hazırlamaq üçün əvvəlcə şərbəti qaynadıb bir kənara alın. Burada şərbət soyuyacaq.

Yoğurma qabına əvvəlcə duru ərzaqları alıb çırpın.

Çırpdığınız xammalın üzərinə qabartma tozu və unu da əlavə edib xəmir yoğurun.

Sonra hazır xəmiri 30 dənə qoz böyüklüyündə kündəyə ayırın.

Hər bir kündəni tort sinisi boyüklükdə bol nişasta ilə açın.

Açdığınız kündənin ortasına bol-bol qoz qoyun.

Yuxanın öncə üst hissəsini ortaya doğru büzün.

Sonra alt hissəsini və iki yanlarını büzərək ortaya doğru gətirin.

Bu işi görərkən bol nişastadan istifadə edin.

Yoxsa xəmir yaxşı büzülmür və istənilən formanı almır.

Büzülən xəmir çiçək şəkli alır.

Hər bir yarpağı ortaya doğru diqqətli qatlayın.

Yarpaqları qatlanan xəmiri əlinizə alıb siniyə tərs çevirin.

Bütün kündələri bu şəkildə bitirin.

Əritdiyiniz kərə yağını gül paxlava üzərinə bolca gəzdirın.

Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında gül paxlava 30-35 dəqiqə üzəri qızarana qədər bişirin.

Bişən gül paxlava fırından çıxarılır. Bir dəqiqə qədər hava verdikdən sonra soyuq şərbəti üzərinə tökün.

Şərbətin sorulmasını gozləyin.

Şərbəti soran gül paxlava soyuq halda süfrəyə verilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 7 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri