ÜSUL 1
Tərkibi:
3 ədəd yumurta
200 q kərə yağı
1,5 stəkan şəkər tozu
2 stəkan un
vanil,
qabartma tozu
3-4 ədəd alma və ya 200 q. albalı (çiyələk də olar)
Hazırlanması:
Albalı piroqu hazırlamanın bir neçə üsulu var. Bu yazımızıda albalı piroqu hazırlamanın iki üsulunu anlatırıq.
Yazımıza əlavə etdiyimiz video vasitəsi ilə də albalı piroqunun necə hazırlandığı daha da rahat öyrənmək olar.
Albalı
piroqu hazırlamaq üçün yumurtanın sarısını ağından ayırın və 3/4 stəkan
şəkər tozu ilə qarışdırın. Albalı piroqunun xəmirinə yumşaldılmış kərə
yağ, qabartma tozu, vanil, və un əlavə edin. Mikserlə çalın. Albalı
piroqu xəmirini iki hissəyə ayırın. Biri o birindən bir az çox olsun.
Çox hissəni tavaya töküb bərabər yayın. Az hissəni isə dondurucuya
qoyun.
Almanı
(albalını) sürtgəcin böyük gözündən keçirib xəmirə tökün (tumları
çıxarılmış albalı və ya uzun-uzun doğranmış çiyələyi qoyun).
Daha sonra yumurtanın ağını 1/2 stəkan şəkər tozu ilə qarışdırıb sürtgəcdən keçirilmiş almanın (albalının) üstünə tökün.
Dondurucudakı
albalı piroqu xəmirini də çıxarıb sürtgəcdən keçirin və qarışığın
üstünə tökün. 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Hazır
piroqun üstünə şəkər tozu səpin.
Nuş olsun!
ÜSUL 2
Tərkibi:
3 ədəd yumurta
200 q kərə yağı
1 stəkan şəkər tozu
3 stəkan un
vanil
qabartma tozu
100 qram albalı
2 qaşıq xama
Hazırlanması:
Alballı piroqu hazırlamanın ikinci üsulu bu şəkildədir.
Otaq
tempraturunda yumşaldılmış yağın üzərinə 1 stəkan şəkər tozu qatılır və
mikserdə qarışdırılır. Qarışdırdıqca 3 ədəd yumurtanı növbə ilə əlavə
edirik. Yaxşı çalındıqdan sonra 2 xörək qaşığı xama və vanil əlavə
edilir və qarışdırılır. Üzərinə 3 stəkan un (aramla) və 1 paçka qabartma
tozu əlavə edilir. 10-15 dəqiqə xəmir gözlədilir. Alımış qarışıq orta
yumuşaqlıqda olur və qaşığın yardımıyla yağlanmış qaba tökülür.
Əvvəlcədən hazırlanmış albalı xəmirə basılır. Albalı əvvəlcədən tumu
çıxarılır, bölünür və süzgəcə düzülür. Bu o məqsədlə edilir ki, məmirdə
su yaranmasın.