Rus şarlotkası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 734
Səs ver:
(səs: 2)
Rus şarlotkasını XIX əsrdə Londonda fransız aşpaz Mari Antuan Kare ərsəyə gətirib. Çar I Aleksandrın aşpazı ona əslində charlotte a la parisienne (Paris şarlotkası) adı qoysa da, sonradan bu təam charlotte russe (rus şarlotkası) kimi məşhurlaşıb.
Rus şarlotkasını hazırlamaq üçün formanın dibinə biskvit döşəyir, üzərinə bavariya kremi və çalınmış krem qoyur, kənarını savoyardi peçenyesi (gəlin barmağı) ilə bəzəyirlər. Müxtəlif variantları var. Ən dadlıları moruq və ya çiyələklə olur.

Tərkibi (6 pay):
6 yumurta
150 q un
300 q şəkər tozu (150 q - biskvitə, 150 q - mussa)
600+300 q çiyələk (muss və bəzək üçün)
400 ml 35%-li qaymaq
jelatin paketi (600 ml maye üçün)
2 x.q. limon şirəsi
vanilli şəkər
(23 sm diametrli forma)

Hazırlanması:
Biskvit (23 sm diametrli əsas və 24 ədəd savoyardi üçün):  Yumurta ağlarını sarılarından ayırın. Yumurta sarılarını 100 q şəkər tozu ilə qatı ağ krem alınınca çalın, unun yarısını qatın.
Yumurta ağlarını möhkəm çalın, 50 q şəkər tozu əlavə edib parıldayıb möhkəm köpük əmələ gətirənədək çalın.
Hər iki kütləni ehtiyatla qarışdırıb, unun qalanını qatın. Hazır xəmiri qənnadı torbasına doldurub perqamentin üzərinə barmaq uzunluqda sıxın (24 ədəd). "Barmaqların" üzərinə şəkər tozu və ya pudra səpin. Xəmirin qalanını içinə perqament döşənmiş 23 sm diametrli formaya tökün. Hər ikisini 180 dərəcədə bişirin: "barmaqları" 13 dəqiqə, qızılı rəng alınca, biskviti isə 25 dəqiqə.  

300 q çiyələyi blenderdə xırdalayıb ələkdən keçirin, yerdə qalan 150 q şəkər tozunu əlavə edin.
Jelatini azacıq suda isladıb 10 dəqiqə saxlayın. Sonra üzərinə 2 x.q. limon şirəsi töküb qızdırın (qaynatmaq olmaz), qarışdırın, ocaqdan götürüb azca soyudun, sonra giləmeyvə püresinə əlavə edin. 20 dəqiqə saxlayın (qatılaşacaq). Bu müddətdə 300 q çiyələyi doğrayın, qaymağı çalın.
Çalınmış qaymaqlı doğradığınız çiyələyi giləmeyvə püresilə qarışdırıb qatılaşması üçün soyuducuda 30 dəqiqə saxlayın.
Vanilli şərbət: 3 x.q. vanilli şəkəri 5 x.q. isti suda əridin. Bu şərbəti biskvitə və savoyardilərə hopdurun. Kənarları açılan formaya biskviti qoyun, muss qatılaşan kimi biskvitin üzərinə tökün. Yenidən soyuducuda yarım saat (ən yaxşısı - bir saat) saxlayın.
Formanın kənarını açın, şarlotkanı boşqaba qoyun. Kənarına savoyardiləri düzün, qəşəng görünməsi və dağılmaması üçün lentlə sarıyın.
Üzərini çiyələklə bəzəyin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri