Tərkibi:
1,5 st. şəkər tozu
1 st. su
3/4 st. bal
1 x.q. hil (yaşıl)
2 ç.q. limon şirəsi
1 limonun sedrası
1/4 ç.q. gül suyu
300 q kərə yağı
28 yarpaq filo xəmiri (hazır paxlava xəmiri)
2 st. fındıq
2 ç.q. darçın
1,5 plitka tünd şokolad
Hazırlanması:
Şərbət:
Su,
bal, şəkər tozu və hili qazana töküb orta itilikli ocağın üzərinə
qoyun, qaynara düşəndən sonra qarışdıraraq 20 dəqiqə bişirin.
Ocaqdan götürüb limon şirəsi, sedrası və gül suyu əlavə edin, qarışdırıb cunadan süzün, soyudun.
İç:
Fındığı
qovurun, azca soyuyandan sonra dəsmalın arasına qoyub ovxalayaraq
qabığını təmizləyin. Blenderdə xırdalayın. Xırdalanmış şokolad və
darçınla qarışdırın.
Xəmirin donunu açın.
Yağı əridin.
Formaya
yağ çəkin. Aralarına yağ çəkməklə 8 lay xəmiri üst-üstə yığın.
Fındıqlı-şokoladlı qarışığın 1/4-ni səpin. Üzərinə arasını yağlamaqla 4
lay xəmir qoyun + şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq +
4 lay xəmir + şokoladlı qarışıq + 8 lay xəmir (8+4+4+4+8=28 lay xəmir +
4 lay şokoladlı qarışıq).
Paxlavanı kvadratlara, yaxud romblara bölün. 200-220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.
Sonra şərbəti üzərinə gəzdirin. Hopmasını gözləyin.