Tərkibi:
3 stəkan buğda
0,5 kiçik stəkan düyü
1 stəkan noxud
1 stəkan lobya
200 qr quru ərik
200 qr. kişmiş
1 stəkan fındıq ləpəsi
3 lt su
2 stəkan süd
4 stəkan şəkər tozu
duz
istiot
0,5 kiçik stəkan mixək suyu (bir çay qaşığı mixəyi qaynadıb suyunu süzün)
Bəzək üçün:
25 qr fındıq
25 qr quş üzümü
100 qr qoz
1 ədəd nar
darçın
Hazırlanması:
Noxud
və lobyanı ayrı-ayrı bişirin. Buğda yuyulduqdan sonra 10 dəqiqə
qaynadılır. Çıxan sarı su süzülür. Bu süzmə işi iki dəfə təkrar edilir.
Süzdükdən sonra buğdanın üzərinə biraz da su əlavə edərək 50 dəqiqə
qaynadılır. Buğda, noxud, lobya, doğranmış ərik, kimiş və yuyulmuş düyü
15 dəqiqə birlikdə qaydadılır.
Sonra isti süd, şəkər, duz, istiot, fındıq, darçın suyu əlaə edilərək yenə 15 dəqiqə qaynadılır.
Aşurə
bişərkən, 3 litr su istifadə edilməlidir. Bişirmə vaxtı yanınızda
mütləq qaynar su olsun. Qaynatma işi bitdikdən sonra aşurəni qablara
qoyun və üzərini nar, darçınla bəzəyin.