Halqa şirnisi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 739
Səs ver:
(səs: 6)
Tərkibi:
1 su stəkanı su,
1 su stəkanı un,
1 su stəkanı irmik,
2-3 şorba qaşığı kərə yağı və ya 100 q marqarin,
4 dənə yumurta,
1 vanilin,

Şərbəti üçün:
3 su stəkanı şəkər,
4 su stəkanı su,

Hazırlanması:
Qazana su və kərə yağını alıb orta atəşdə ocağa qoyun.
Su qaynayıb yağ əriyincə içinə
un və irmiyi əlavə edib davamlı qarışdırn. Qatı hala gəldikdən 1-2 dəqiqə daha bişirib atəşdən alıb soyumağa qoyun.
Daha sonra vanilini və yumurtaları əlavə edib taxta qaşıqla qarışdırn.
Xəmiri ələ yapışmayacaq hala gətirin.
Əğər çox quru olarsa 1 yumurta daha əlavə edə bilərsiniz.
Daha sonra xəmiri krem torbasına doldurun. Tavanın yarısına qədər duru yağ yağ qoyub qızdırınXəmiri sıxıb iki ucunu birləşdirdikdən sonra yağın içinə atın.
Vam odda rahat- rahat qızardıb yağdan çıxardın və soyumağa qoyun.
Şərbəti üçün 3 su stəkanı şəkər və 4 su stəkanı suyu 15 dəqiqə qaynadın və şirniyyatın üzərinə töküb tamamən çəkməsini gözləyin. Şirniyyat soyuyunca servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 4 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri