Bakı paxlavası resepti - FOTO RESEPT

Müəllif: NoName
Şərhlər: 25
Baxılıb: 5203
Paylaş:
Səs ver:
(səs: 6)
Tərkibi:
Xəmir üçün:

1 kq un
2 yumurta sarısı
200 qr xama
100 qr ərinmiş kərə yağı
0,5 lt süd
1 x/q maya
1 çimdik sarıkök
duz

Yağlamaq üçün:
1,5 kq ərinmiş kərə yağı

İçlik üçün:
0,5 kq qoz ləpəsi
0,5 kq şəkər tozu
hil
cöüz (мускатный орех)

Şərbət üçün:
2 stəkan şəkər tozu
1 stəkan qaynar su
yarım ç/q limon suyu

Hazırlanması:
1. İçlik yaxşı olar ki, 1 gün əvvəl hazırlansın. Qozu biraz tavada qızardıb ləpə çəkəndə çəkirik.
2. Hil və cöüz (мускатный орех) tavada biraz qızardılır və üyüdülüb toz halına salınır.
3. Ləpəyə ədviyyat, şəkər tozu əlavə edilib qarışdırılır. İçlik hazırdı.
4. Xəmiri hazırlamaq üçün yekə qab götürülür un ələklə ələnir.
5. Unun üzərinə yumurta sarıları, xama, maya, bir çikdik duz və sarıkök əlavə edilir.
6. Başqa qazanda kərə yağı ilə süd qarışdırılır (hər ikisi də ilıq olmalı) və una əlavə edilib yumuşaq xəmir yoğrulur.
7. 1 saat xəmiri isti yerə qoyuruq ki, acısın.
8. Xəmir acıyandan sonra 12 hissəyə bölünür. 2 böyük kündə, 10 kiçik kündə hazırlanır. Xəmirin arasını yağlamaq üçün istifadə edəcəyimiz yağı qızdırırıq ki soyuq olmasın (ilıq olmalı).
9. İlk olaraq tavanı yağlayırıq. Böyük kündədən birini açıb tavaya qoyuruq. İlk acdığımız xəmir nisbətən qalın olmalıdı.
10. Açılan xəmirin üstünü yağlayıb üzərinə içlikdən səpirik.
11. Bütün kündələri eyni qayda ilə edirik.
12. Axırda böyük kündə açılır.Amma ona yağ, içlik vurulmur.
13. Bıçağın köməyi ilə xəmir paxlava şəklində kəsilir.
14. Xəmirin üzərinə yumurta sarısı ilə sarıkök qarışığı vurulur.
15. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada bişirilir.
16. Üstü biraz qızaranda sobadan çıxarılır, kəsilən paxlavalar yenıdən bıçaqla kəsilir və paxlavanın üzərinə 2 stəkan ərinmiş kərə yağı tökülür (hər tərəfinə eyni miqdarda düşməlidi).
17. Yenidən paxlava sobaya qoyulur.
18. Paxlava bişə-bişə şərbətini hazırlayırıq. Bunun üçün qazana şəkər tozu, su, limon suyu tökülür 5 dəqiqə qaynadılır.Biraz qatı olmalıdı.
19. Paxlavanın üzü tam qızardıqda sobadan çıxardılır isti şərbət paxlavaya qaşıqla tökülür.Elə tökməliyik ki hər tərəfinə eyni miqdarda yayılsın.
20. Sonra soyumağa qoyuruq. Tam soyuduqdan sonra bıçağın köməyi ilə paxlavalarımızı kəsib çıxardırıq.

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Bakı paxlavası resepti - FOTO RESEPT

Nuş olsun!

loading...
(səs: 6)
Şərhlər: 25
Baxılıb: 5203
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Cox sevirem paxlava.dadli olur
10 mart 2016 22:43
25
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
vipbetul
paxla xoslamiram
10 mart 2016 14:12
24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Hazirlanmasi cox cetindir. Paxlavani hec sevmirem. Cox sirin olur
10 mart 2016 09:46
23
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ulduz
Maraqli reseptdi bayram ucun əladı.mutləq bisirecem bu resept den
10 mart 2016 08:57
22
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Vuska87
En sevdiyim wirniyatlardandi
10 mart 2016 08:42
21
Offline
Fi-Ra
Çox sevirəm paxlava və şəkərburanı. Adi günlərdə də bişiririk ama Novruzda dadı bir başqa olur. Biz də bu üsulla hazırlayırıq təşəkkürlər
10 mart 2016 08:22
20
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
yarpaq33
Paxlavani bu qaydada hazirlayiram mende cox dadlida alininir
10 mart 2016 08:14
19
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
tatyana
Bu reseptle hazirlamamisam,gerek bunu yoxlayam,herede bir cur alinir paxlava,sanki herenin ozune aid paxlavasi olur)
10 mart 2016 06:50
18
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
vipbetul
paxlava o qederde xoslamiram
6 yanvar 2016 21:01
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BR
NENEMİN PAHLAVASİNİ SEVİREM
5 yanvar 2016 01:22
16
Offline
qanadli melek
Paxlavani cox sevirem coxda yaxsi hazirlayiram
4 yanvar 2016 19:06
15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
_TəHLuKə_
Bu wirniyyata qarwi Turkler demiw zaafim var..
4 yanvar 2016 17:39
14
Özün ol!Qəti özənmə özgələrinə!
Offline
Marta
Cox sevirem paxlavanin her novunu paylasima gore tesekkurler..
4 yanvar 2016 17:38
13
Немного терпения, и у тебя все получится..
Offline
Antikvar
Çox sevirəm paxlavanı) Məndə bu reseptdən istifadə edirəm. Dadlı da olur. Şəklə baxdım başıma paxlava girdi gərək hazırlayım)
4 yanvar 2016 17:24
12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Grsu
Cox dadli gorsenir...nyam-nyam 05
4 yanvar 2016 16:18
11
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Offline
rəmsə
Paxlavadı,şəkərburadı isti-isti dəhşət ço....x sevirəm
,çox dadlı da bişirirəm,demək olar elə eynən bu qaydayla hazırlayıram,sadəcə cöüz vurmuram,nə olduğunu da anlamadım.
4 yanvar 2016 16:13
10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Ela
Paxlava sevırem ama her bısırılen paxlavanıda yımırem
4 yanvar 2016 15:29
9
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Offline
guler19
Paxlavanı çox sevirəm. Çox gözəl dadı var Əziyyət çəkməyə dəyən bir şirniyyatdı.
4 yanvar 2016 15:28
8
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
_damla_
Oyyyy ən çox sevdiyim şirniyyatdır nyam
4 yanvar 2016 14:56
7
Offline
arzum-aysum
oyyy nyam paxlava en sevdiyim şirniyyatdi, hazırlanması bir az çətin olsa da çəkilən əziyyətə deyir sonda, ləzzətlə cay içirsən nyam
4 yanvar 2016 14:55
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv