Bülbül yuvası şirniyyatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 010
Səs ver:
(səs: 0)
Tərkibi:
1 stəkan süd,
1 stəkan zeytun yağı,
1 azca duz,
2 yumurta,
2 yemək qaşığı alma sirkəsi,
1 çay qaşığıqabartma tozu,
Yarım stəkan su,
4 stəkan yarım un,

Üzərinə:
1 su stəkanı duru yağ,
250 q kərə yağı,

Ayrıca:
Antep fıstığı,
Açmaq üçün1 su stəkanı qarğadalı nişastası,və 1 stəkan un qarışığı,

Şərbət:
4 stəkan yarım şəkər,
4 stəkan su,
1 yemək qaşığı limon,

Hazırlanması:
Xəmir ərzaqlarını bir-birinə qataraq yumşaq, lakin ələ yapışmayan xəmir yoğurun.
Bir az uzun zaman yoğurun.
Təmiz bir paketə qoyaraq soyuducuya qoyun.
2-3 saat soyuducuda qalsın.
Soyuducudan çıxan xəmiri yenidən yoğurun və 60 dənə fındıqdan böyük, qozdan kiçik kündələr ayırın.
Bir kündə alınaraq vərdənə yardımı ilə çay tabağı böyüklüyündə açın.
Üzərinə bir qaşıq un nişasta qarışığı səpin.
Ikinci kündəni də yayıb üzərinə qoyun.
Bu şəkildə aralarına un nişasta qarışığı səpin.
Bu şəkildə üç qat yuxa yayıldıqdan sonra aralarına un nişasta qarışığı səpin və əvvəlcə vərdənə yardımı ilə, sonra isə oxlova sarıyaraq yayın.
Yuxalar iuncə açılıb içini göstərməsi lazımdır.
Təmiz birsüfrənin üzərinə hər bir yuxa 5-10 dəqiqə qurusun deyə sərin.
Bıçaqla 4 yerı bölüb oxlova sarıyın.
Oxlova sarılan paxlava xəmiri sona qədər sarılmayıb kiçik bir hissəsi qalaraq yavaşca oxlovdan çıxardılır.
Yavaşca yuvarlanaraq yağlanmamış siniyə yığılır.
Qalan kəsilmiş xəmirlər də bu şəkildə sarıldıqdan sonra qırışığını pozmadan siniyə yerləşdirilir.
Fırın 200 dərəcədə qızdırılır.
Kərə yağı əridilərək içərisinə duru yağ əlavə edilir.
Qızdırarkən kəfgir vasitəsi ilə üzərinə yığılan köpük alınır.
(bu çox vacibdir, çünki bişərkən üzü qaralır).
Çömçə ilə paxlavaların üzərinə bolca yağ gəzdirilir(təxminən paxlavaların yarısına qədər),
Üzəri qızarana qədər fırında bişirilir.
əgər bişəndən sonra sinidə yağ qalıbsa fırından çıxardan kimi yavaşca süzmək lazımdır.
Paxlavanı soyumaya qoyarkən şərbət üçün şəkər, su, limon suyu qoyularaq qaynadılır.
15-20 dəqiqə sonra şüşə kasaya 1-2 qaşıq qoyularaq baxılır.
Əgər ip kimi axarkən kəsik-kəsik olursa şərbət hazırdır.
Şərbət əli yandırmayacaq istilikdə isə soyuq paxlavanın üzərinə tökün.
Yeyiləcək qədər paxlavanın üzərinə şərbət gəzdirin.
Qalan paxlava isə günlərlə soyuducuda qala bilər.
Bülbül yuvası şirniyyatı servis edərkən paxlavanın ortasına , yəni bülbülün yuvasına antep fıstığı qoyaraq servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri