Meyvəli şokolad topları resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 654
Səs ver:
(səs: 15)
Tərkibi:
350 qram tünd şokolad
200 qram quru əncir və ya tumları çıxarılmış xurma
2 ədəd yaşıl alma
150 qram meyvəli müsli
100 qram duzsuz badam
100 qram duzsuz püstə
50 qram hindqozu
1 ədəd portağal
2 ədəd kivi
 
Hazırlanması:
Şokoladı əridin. Quru meyvələri xırda-xırda doğrayın. Portağalın qabığını rəndələyib müsli və quru meyvələrlə birgə şokolada əlavə edin. Quru meyvələri şokoladla bir müddət yoğurduqdan sonra badam və fıstıqları əlavə edib bir də qarışdırın.
 
Sonrakı mərhələdə kivini soyub başqa bir boşqaba düzün. Sonra deserti qoz böyüklüyündə yumurlayaraq hind qozuna bulayın və kivi üzərinə yerləşdirin. Soyuducuda saxladıqdan sonra servis edin.
 
İstəyə görə topları ayrıca ərinmiş şokolada da bulaya bilərsiniz. Bir sözlə, topları bəzəməyi öz zövqünüzə buraxırıq.
 
Nuş olsun!
(səs: 15)
Şərhlər: 9
Baxılıb: 4 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri