Dadlı Pay keks resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 337
Səs ver:
(səs: 2)
Hər gün uşaqlar dərsə gedəndə analarından dərs arası yemək üçün şirniyyat istəyir. Ən yaxşısı övladlarınızın evdə hazırlanmış şirniyyatları yeməsidir. Çünki hazır şəkildə alınmış şirniyyatların tərkibi, mənşəyini bilmək olmur. 

Uşaqlar bizim gələcəyimizdir , onların sağlamlığına biganə yanaşmaq doğru deyil. Odur ki, onların evdə hazırlanan şirniyyatlarla və yeməklərlə qidalanmasını təmin etmək lazımdır. Əgər vaxtınız yoxdursa, sadə və asan hazırlanan reseptlərdən istifadə edin.

Qadınlar.biz  sizlərə asan başa gələn Pay keksin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:
100 q kərə yağı
100 q 70%-li şokolad
1/3 stəkan şəkər tozu
2 ədəd yumurta
80 q buğda unu

Hazırlanması:
Şokoladı xırda-xırda hissələrə bölüb, yağla qarışdırdıqdan sonra əriməsi üçün qaynayan su ilə dolu bir qabın üzərinə qoyun. Başqa bir kasada yumurta və şəkər tozunu qarışdırın. Üzərinə əridilmiş yağ və şokalad qarışığını əlavə edin. Daha sonra səliqəli şəkildə unu əlavə edin və formaya tökün.

Formaya tökdükdən sonra bir qədər gözləyin ki, məhlul formada öz yerini tamamilə tutsun. Sobanın tempraturunu 180 dərəcəyə qədər isitdikdən sonra 10 dəqiqə bişirməyə qoyun.10 dəqiqədən sonra nəfis qoxulu keks hazır olacaq. Nuş olsun.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri