Orqanizmin vitamin bombası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 937
Səs ver:
(səs: 3)
Orqanizminizdə vitamin "bombası” effekti yaradacaq bir qarışıq.
Payız qışın sorağını verən bir fəsildir. İnsanlar ilin bu fəslindən maksimum dərəcədə yararlanmağı bacarmalıdır. Payızı hətda qışa hazırlıq fəsli kimidə dəyərləndirmək olar. Qarşıdan gələn soyuqların xəbərçisi olan payız özü ilə birgə bir sıra xəstəlikləri də gətirir. 

Ən çox zökəm, qrip kimi yoluxucu xəstəliklər insanları narahat edir. Ona görə də bacardığınız qədər payızda vitamin qəbul edərək özünüzü qışa hazırlayın. 

Qadınlar.biz  sizlərə orqanizminizdə vitamin "bombası” effekti yaradacaq bir qarışımı sizə təqdim edir.

Tərkibi:
500 q. Kişmiş.
500 q. Qaysı.
500 q. Əncir qurusu.
500 q. Bal.
2 st. Qoz ləpəsi.
1 ədəd limon qabıqlı.

Hazırlanması:
Hazırlanma qaydası çox sadədir.Bütün bu ərzaqları mətbəx kombayınından (ət maşınından da keçirmək olar) keçirib, balla qarışdıraraq bankaya qığa bilərsiniz. Soyuducuya qoyaraq gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı yemək kifayət edər.

Sadaladığımız ərzaqların yarısını da istifadə edərək hazırlaya bilərsiniz. Bu vitaminlə zəngin qarışım uşaqlarınızın sağlamlığını təmin edəcək ən dadlı vasitədir.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri