Asan rulet resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 7 221
Səs ver:
(səs: 2)
Tərkibi:
1 banka qatılaşdırılmış süd (350-380qr)
1 ədəd yumurta
170qr un
0,5 Ç/q soda
400 qr marmelad(içlik üçün) və ya cem
 
Hazırlanması:
Sobanı 180C dərəcəyə qədər qızdırırıq
Qatılaşdırılmış südü bir qaba töküb üzərinə  yumurtanı qırırıq, unu əlavə edirik  və sodanı əlavə edib yaxşıca çalırıq. Soba nimçəsinin içinə yağlı kağız səririk və xəmiri həmin kağızın üzərinə tökürük. Hər tərəfi eyni qalınlıqda olacaq şəkildə yayırıq ( hardasa 0,5mm)
Əvvəlcədən qızdırılmış sobada  15 dəqiqə bişiririk. Qızılı rəng olan kimi sobadan çıxarırıq. İsti keksin üzərinə içliyi və ya marmeladları düzürük. Yağlı kağızı soya-soya rulet şəklində bükürük.
Bunu keks isti olan zaman mütləq etmək lazımdır, əks təqdirdə keksi bükərkən üzərində çatlar əmələ gələcək. Daha doğrusu soyumuş keks qırıldığı üçün bükmək ümumiyyətlə mümkün deyil.
Hazır rulet 15 dəqiqə içini çəkdikdən sonra  kəsib servis etmək olar.
 
P.S:  İçlik kimi  qoz-fındıq və ya quru meyvələrdən də istifadə etmək olar. Həmçinin çalınmış qaymaq və ya su vannasında əridilmiş şokoladdan da istifadə etmək olar.
 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri