Limonlu tort resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 112
Səs ver:
(səs: 4)
Tərkibi:
Xəmir üçün:

1 yumurta
100 qram kərə yağı
2 xörək qaşığı şəkər tozu
Yarım paket vanil
Yarım paket qabartma tozu
Apardığı qədər un
 
Üstü üçün:
1 yumurtanın sarısı
 
İçlik üçün:
1 ədəd limon
1 ədəd banan
1 ədəd alma
1 ədəd kivi
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
1 xörək qaşığı şəkər tozu
 
Hazırlanması:
Əvvəlcə tortun xəmirini hazırlayın. Bunun üçün undan savayı sadalananların hamısını bir qaba töküb qarışdırın. Sonra qarışdıra-qarışdıra unu əlavə edin. Xəmir qatı olmalıdır. Hazır olduqda 15 dəqiqə gözləyin. Sonra xəmiri yağlanmış soba qabına qoyub yayın. Xəmir qabın kənarlarından bir qədər kənara çıxmalıdır. Üzərinə kub şəklində doğranmış banan, alma və kivi düzün. Sonra isə sürtgəcdən keçirilmiş limon qabığı səpin. Limon dilimlərini də düzüb, şəkər pudrası səpin. Kənarlardan sallanan xəmiri ilə meyvələrin üzərini qismən bağlayın. Üstünə çalınmış yumurta sarısı sürtün. 170 dərəcədə qızdırılmış sobaya qoyub azca qızarana qədər bişirin.
 
Nuş olsun!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri