Mannik piroqu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 366
Səs ver:
(səs: 2)
Şirniyyatlardan çox adam piylənmə yaratdığı üçün qaçmağa çalışır. Lakin gündəlik qida rejimində müəyyən qədər şirniyyat da yemək lazımdır. Şirniyyatlar əsasən iş zamanı daha çox yeyilir. İş arasında çayla ağzınızı dada gətirərərək sizə stimul veirir. Odur ki, artıq mağazalardakı, hazır satılan şirniyyatların qablaşdırma paketi üzərindəki biskivit şəkillərinə baxıb köks ötürməyə dəyməz. Özünüz həm dadlı, həmdə gözəl dizaynda şirniyyatları evdə hazırlaya bilərsiniz. 

Qadınlar.biz  sizə dadlı "Mannik” şirniyyatının hazırlamaq qaydasını təqdim edir.

Tərkibi:
1 stəkan kefir
3 ədəd yumurta 
1 stəkan mannı
1 stəkan şəkər tozu
5 xörək qaşığı un
1 çay qaşığı çay sodası
1 çay qaşığı vanil.

Hazırlanması:
Əvvəlcə kefirlə yumurtaları yaxşıca qarışdırıb, üzərinə mannını əlavə edərək, şişməsi üçün 40 dəqiqə gözləyin.Daha sonra xəmirə un, vanil, şəkər tozu, tökərək, yaxşıca qqarışdırın. Daha sonra bişirəcəyiniz formaya xəmirin bişdikdən sonra yapışmaması üçün yaxşıca yağ çəkin. Xəmiri əlavə edib, 200 dərəcə temperaturda 35-40 dəqiqə bişirin. Hazır piroqun üzərinə şəkər kirşanı əlavə edərək sevdiklərinizlə nuş edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri