Arıqlamaq istəyənlər üçün yüngül muffin resepti

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 4 214
Səs ver:
(səs: 4)
Tərkibi:
1 çay qaşığı sirkə
1 stəkan soya südü
1/3 stəkan bitki  yağı
3/4 stəkan şəkər
1 stəkan un
1/4 çay qaşığı duz
1 paket vanil
1 paket qabartma tozu
1/3 stəkan kakao
 
Hazırlanması:
Əvvəlcə soya südü ilə sirkəni qarışdırın. Soya südü tündləşənə qədər gözləyin.
Digər tərəfdən dərin bir qabda un, kakao, qabartma tozu, vanil və duzu qarışdırın. Digər qabdakı soya südünə şəkəri və duru yağı əlavə edib qarışdırın. Bura unla qarışdırılmış digər ərzaqları əlavə edərək muffin xəmirini hazırlayın.
 
Muffinlərin boşqaba yapışmaması üçün qəlibləri yağlayıb unlayın və ya yağlı kağızı qoyun. Xəmiri muffin qablarına töküb əvvəlcədən isidilmiş 175 dərəcə istilikdə olan sobaya qoyun. Təxminən 20-30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.
 
Nuş olsun!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri