Dadlı limonlu peçenye resepti

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 7516
Paylaş:
Səs ver:
(səs: 1)
Tərkibi:
- Xama - 100 qr
- Kərə yağı - 100 qr
- Yumurta - 1 dənə
- Şəkər tozu - 1 stəkan
- Limon - 1/2 dənə
- Soda - 1/2 çay qaşığı
- Un - 2,5 stəkan

Hazırlanması:
1. Yumşaq kərə yağı şəkərlə yaxşı qarışdırılır.
2. Xama və yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.
3. Limon qabığını sürtgəcin kiçik güzündən keçiririk və yağlı-xamalı kütləyə əlavə edirik.
4. Limon şirəsini sıxırıq. Şirəyə soda tökürük, qarışdırırıq (soda köpüklənməlidir) və kütləyə əlavə edib yaxşı qarışdırırıq.
5. Un əlavə edirik və xəmir yoğururuq (xəmir əllərə yapışmamalıdır). Unun xüsusiyyətlərindən asılı olaraq reseptdən göstərildiyindən daha az və ya daha çox un lazım ola bilər.
6. Xəmiri plyonkaya büküb soyuducuda 1 saat ərzində saxlayırıq.
7. Xəmiri yayırıq, xüsusi peçenye üçün olan formalarla fiqurlar kəsirik.
8. Tavaya perqament kağızı səririk, peçenyeni düzürük.
9. Peçenyeni əvvəlcədən 180 C kimi qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 7516
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook