Yeni il evciyi resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 5 322
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

4 st un
Duz
1 paket qabartma tozu
200 qr kərə yağı
2oo qr şəkər pudrası
5 x\q bal
4 yumurta sarısı
1ç/q zənəcəfil
1ç/q darçın(zövqə görə)
1 limonun qabığı
Hil
razyana

Hazırlanması:  
Lazım olan ərzaqlarla xəmir yoğurub bir neçə saat soyducuda saxlayırıq. Çox dadlı xəmir olduğu qədər də çox zərif xəmirdi, ona görə də ehtiyyatla işləmək lazımdır.
Evciyimizi qurma qüçün bizə hazır qəliblər lazım olacaq. 15 sm eni, 17 sm hündürlüyü olan ev şablonu kəsirik.
Bu şablona uyğun xəmirdən iki ədəd kəsəcəyik- bu evimizin 4 divarından ikisi olacaq.
Sonra isə eni və hündürlüyü 17 sm. Daha bir şablon hazırlayırıq
Evin damının şablonun eni  14,5sm, uzunluğu isə 22 sm olacaq.
Perqament kağızının üzərinə xəmiri  5-6mm qalınlığında yayırıq. Nazik yaydıqda pryanik quru olacaq.
Hazır şablonları xəmirin üzərinə qoyub kənar xətləri boyunca kəsirik. Artıq hissələri kəsib çıxarırıq və xəmiri perqament kağızı ilə birgə soba nimçəsinə qoyuruq.

180C dərəcədə hardasa 20 dəqiqə bişiririk.
Xəmir soyumamış isti isti əvvəlcədən hazırladığımız şablonlara uyğun qapı və pəncərələri kəsirik.
 
Pəncərənin yerindən kəsib çıxardığımız hissəni tən ortadan iki yerə bölürük. Bütün hissələri soyuduruq.
Qalan xəmirdən yolka ağacı, altlığı üçün kiçik hissələr, trubalar, və ya hər hansı bir maraqlı fiqurlaq kəsirik.
Pəncərlərə içəridən şəkər pudrası və yumurta ağından hazırlaanmış qlazura batırılmış marmelad yerləşdiririk.
 
Ağ qlazur və ya aysinq hazırlamaq üçün bizə lazım olacaq:
Təxminən 5-6 yumurta ağı
Şəkər pudrası
Limon şirəsi
Və qida boyası
Bu qlazur ilə həmçinin evi bəzəmək üçün  və hissələri bir birinə yağışdırmaq üçün istifadə edəcəyik.
Qeyd; aysinq tez quruduğu üçün  az az eləmək lazımdır
Yumurta ağlarını şəkər pudrası ilə tam qatılaşana qədər çalırıq, qida boyası və çox tez qurumaması üçün limon şirəsi əlavə edirik.
 
Qlazuru hazırladıqdan sonra evin divarlarını bir birinə yağışdırırıq.
Divarları yapəşdərarkən yaxşı yapəşsən və aşmasın deyə banka söykəyin.
Qalıqları təmizlədikdən sonra, qlazur quruduğuna görə evin damını yapışdırırıq və pəncərələri bəzəyirik.
Əvvəlcə damın bir hissəsini yapışdırırıq, bir az tutduqdan sonra ikinci hissəni.
Sonda evi əridilmiş şokoladla  istdiyimiz kimi bəzəyirik.
Ən sonda qar effekti yaratmaq üçün şəkər pudarsı səpirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri