Sevgililər günü tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 754
Səs ver:
(səs: 7)
Tərkibi:
Biskvit üçün:

4 ədəd yumurta
2 qəhvə fincanı un
Yarım su stəkanı toz şəkər
Yarım çay qaşığı qabartma tozu

Tortun iç kremi üçün:
1 su stəkanından iki barmaq əskik süd
1-4 su stəkanı toz şəkər
4 xörək qaşığı un
1 ədəd yumurta
3 xörək qaşığı kərə yağı
1 paket vanil

Çiyələk likörü siropu:
1-4 su stəkanı toz şəkər
1 qəhvə fincanı su
1-3 qəhvə fincanı çiyələk likörü

Krem şanti:
125 qram krem
1xörək qaşığı toz şəkər

Tortun üst kremi üçün:
250 qram krem
4 xörək qaşığı toz şəkər
1 qram qırmızı qida boyası

Müxtəlif meyvələr:
Kivi
Banan
Çiyələk

Hazırlanması:
Biskvit üçün lazımlı yumurtaları və toz şəkəri qabarana qədər mikserlə çırpın. Un və qabartma tozunu əlavə edin. Yağlı kağızla örtülü üç ədəd soba qabına bir sm qalınlığında olacaq şəkildə tökün. Əvvəldən isidilmiş 220 dərəcə sobada 8-10 dəqiqə bişirin. Biskvitin iç kremi üçün süd, toz şəkər, un və yumurtanı bir qabda yaxşıca çırpdıqdan sonra qazana tökün. Az odda davamlı qarışdıraraq, qaynayana qədər bişirin. Qaynamağa başladıqdan sonra qazanı odun üzərindən götürün. Kərə yağı və vanili əlavə edin. Kremin topalanmaması üçün davamlı qarışdıraraq, soyudun. Sobadan çıxardığınız biskvitləri soyuduqdan sonra ürək şəklindəki bir qəliblə kəsin (üç ədəd olmalı).
Çiyələk likörü siropu üçün, toz şəkər və suyu bir qazanda qaynadın. Çiyələk likörünü əlavə edərək, qazanı odun üzərindən götürün. Krem şanti üçün krem və toz şəkəri tündləşənə qədər çırpın.
Tortun üst kremi üçün isə krem, toz şəkər və qida boyasını tündləşənə qədər çırpın. 1 biskvitin ilk qatının üzərinə çiyələk siropundan sürtün. Daha sonra iç kremdən sürtün. Meyvələri kiçik kublar halında kəsin. Kremin üzərinə sürtün. İkinci biskvit qatını meyvələrin üzərinə qoyun. Çiyələk siropuyla islatdıqdan sonra krem sürtün. Meyvələri düzün. Üzərinə bir miqdar tort kremi sürtün. Son biskvit qatına meyvələrin üzərinə yerləşdirib, çiyələk siropuyla isladın. Soyuducuya qoyaraq, bir müddət gözlədin. Soyuducundan çıxararaq, tortun üzərini və yanlarını qırmızı rəngli krem ilə örtün. Üzərini ağ şokolad parçaları və krem ilə bəzəyin.

Nuş olsun!
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 4 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri