Çiyələkli Rafaello resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 701
Səs ver:
(səs: 2)
Tərkibi:
100 q çiyələk
1 yumurta
3 x.q. şəkər tozu
15 q kərə yağı
130 q kəsmik
80 q un
20 q narın suxarı
20 q kokos yonqarı

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə möhkəm çalın.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Yağı yumşaldın, kəsmiyi ələkdən keçirin, unu ələyin. Yumurta ilə şəkəri çala-çala kərə yağı, kəsmik, sonra da unu ardıcıllıqla əlavə edin. Yumşaq xəmir yoğurun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Çiyələyi yuyun, saplağını təmizləyin, qurudun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Xəmirdən xırda hissələr qopararaq yayın, ortasına bütöv çiyələk qoyun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Kənarlarını qatlayıb kürə halına salın. Çox böyük olmasınlar. Bunları qaynayan suya salın, üzə çıxandan sonra 3 dəqiqə bişirin. Kəfkirlə çıxarın. Bir qədər soyudun.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


Hər bir kürəni narın suxarıya, sonra isə kokos yonqarına batırın. Soyuducuda bir neçə saat saxlayın.
Çiyələkli Rafaello resepti - FOTO RESEPT


(Çiyələk əvəzinə başqa giləmeyvə: böyürtkən, moruq və s. götürmək olar. Giləmeyvələr turşdursa, şəkər tozunu bir qədər artıq götürün).
Çiyələkli Rafaello resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri