Almalı-armudlu piroq resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 748
Səs ver:
(səs: 1)
Tərkibi:
Üstü üçün:

1 iri, yetişmiş, amma bərk lətli armud
1 iri, turşməzə alma
1/2 limon
50 q kərə yağı
1/4 ç.q. darçın (istəyə görə)
2 x.q. qəhvəyi şəkər tozu (olmasa, adi ağ)

Xəmir üçün:
100 q otaq temperaturunadək yumşaldılmış kərə yağı
100 q şəkər tozu
170 q un
1 ç.q. qabartma tozu
50 q üyüdülmüş badam
3 iri yumurta
2 x.q. süd
1 x.q. vanilli şəkər və ya 1 ç.q. vanil ekstraktı

Hazırlanması:
Alma və armudun qabığını və cecəsini təmizləyin. Tərəfi 1 sm olan kubik halında doğrayın. Bir limonun yarısının şirəsini almayla armudun üstünə gəzdirin ki, rəngi qaralmasın.

Tavada kərə yağını əridin. Meyvələri, darçın və şəkər tozunu əlavə edin. Almalar yumşalanadək qarışdıra-qarışdıra bişirin. Sonra ocağı söndürün.
Almalı-armudlu piroq resepti - FOTO RESEPT


Xəmir: bir ləyəndə unu, qabartma tozunu, üyüdülmüş badamı qarışdırın.

Başqa ləyəndə yumurtanı süd və vanil ekstraktı (yaxud vanilil şəkərlə) ilə çəngəllə çalın.
Almalı-armudlu piroq resepti - FOTO RESEPT


Kərə yağını şəkər tozu ilə krem halınadək çalın. Sonra növbə ilə un qarışığı və yumurta qarışığını hissə-hissə əlavə edin. Hər dəfə əlavə etdikdən sonra yaxşıca çalın (unla başlayıb, unla da yekunlaşdırın, məsələn, un - yumurta qarışığı - un - yumurta qarışığı - un və s.).
Almalı-armudlu piroq resepti - FOTO RESEPT


Xəmiri yağlanmış siniyə (diametri 23 sm) tökün. Üstünə meyvələri bərabər qaydada düzün.
Almalı-armudlu piroq resepti - FOTO RESEPT


Sinini 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə saxlayın. Korjun bişib-bişmədiyini kibrit və ya diş çöpü vasitəsilə yoxlayın. Sobadan çıxarıb soyudun, doğrayın.
Almalı-armudlu piroq resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri