Alma içlikli mini ruletlər resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 658
Səs ver:
(səs: 3)
Tərkib:
Xəmir üçün:

2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi
Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:
İçliyin hazırlanması: Almaların qabığı soyulur. Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır. Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.

Xəmirin hazırlanması: Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır,bərk yox.

Üzəri yağlanmamış 2 list hazırlanır. Soba 190C –də qızdırılır.
Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrinXəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır. Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/. Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.
 
Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır). Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.
 
Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri