Asan bulka resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 16 039
Səs ver:
(səs: 3)
Tərkibi:
500 ml süd
11 qr maya
1-1,3 kq un
2 ədəd yumurta
200 qr kərə yağı
150 qr şəər
 
Arasına:
100 qr şəkər
2 ç/q darçın
P.S: daçın sevməyənlər zöqlərinə görə içlik istifadə edə bilərlər – kişmiş, quru meyvələr, kuraqa.

Hazırlanması:
Süd bir az qızdırın (ilıq olsun deyə), və mayanı süddə həll edin. 500 qr un əlavə edib yaxşıca qarışdırın. İsti yerə qoyun. İsti dəsmalla örtün ki, maya iki dəfə artsın. Buna hardasa 30 dəqiqə vaxt lazım olacaq.
Hazırlanmış mayaya şəkər əlavə edib qarışdırın. Sonra yumşalmış kərə yağını əlavə edin qarışdırın. Daha sonra yumurtaları əlavə edib qarışdırdıqdan sonra qalan unu əlavə edib xəmir yoğurun.
Xəmiri yaxşı yoğurmaq lazımdır ki, nə bərk olsun, nə də ələ yağışsın. Yoğurduqdan sonra acıması üçün isti yerə qoyun və bir saata yaxın gözləyin.
Arasına səpmək üçün şəkər və darçını qarışdırın.
Acımış xımiri üç hissəyə bölün və hər hissəni ayrılıqda 3-4 mm qalınlığında yayın. Şəkərlə darçın qarışığını səpin və rulet kimi bükün. Kənarlarını bərkidin.
Hardasa 3-4 sm enində hissələrə bölün. Sonra şəkildə göstərildiyi kimi forma verin. Soba nimçəsini yağlayın və ya yağlı kağız sərin. Hazır bulkaları nimçəəyə düzün və özünü tutması üçün təxminən  20 dəqiqə gözləyin. 180C dərəcə qızdırılmış sobada 25-30 dəqiqə  bişirin.

 


Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 16 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri