Ponçiklər resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 583
Səs ver:
(səs: 5)
Hazırlanma vaxtı:  1 saat 30 dəqiqə
Tərkibi:

500 qr un
250 ml süd
12-15 qr quru maya (1 paket)
50 qr yumşaldılmış kərə yağı
2 x/q şəkər tozu
0.5 ç/q duz
500 ml bitki yağı (qızardılması üçün)

Hazırlanması:
Ponçik əsasan yağda qızardılmış xəmirdir. Xeyrli olmasada, çox dadlıdır! Xəmiri süd ilə hazırlananda isə daha ətirli və koppuş alınır. Ələ yapışmır və ponçik hazırlananda əlavə una ehtiyyac qalmır, nəticədə qızardılması çox rahat olur.
 
İri kasaya quru maya, duz, şəkər tozu və isti süd əlavə edilir. Maya tam əriyənə qədər hamısı qarışdırılır.  

Un və yumşaldılmış kərə yağı parçaları əlavə edilərək xəmir yoğrulur.  
Xəmirdən yavaş-yavaş kündə əmələ gələndə, onu un səpilmiş lövhəyə yerləşdirərək 5-7 dəqiqə ərzində yaxşıca əzin. Hətta, əvvəlcə xəmir bir qədər yapışqan olsa belə, narahat olmayın, sadəcə əzməyə (yoğurmağa) davam edin. Nəticədə xəmir yumşaq və elastik alınacaq.
Xəmir yenidən kasaya əlavə edilir, üstü nəmli dəsmal ilə bağlanıb isti yerə yerləşdirilir. Çünki nəmli və bir qədər isti mühüt bakteriyaların artması üçün əlverişli yer hesab edilir. Maya isə bakteriyadır. İsti yer qismində adi sobanı istifadə etmək məsləhətlidir. Oranı bir qədər isidin, içəridəki temperatur otaq temperaturundan biraz isti olsun və kasani oraya yerləşdirin. Xəmir bir saat ərzində qalxacaq. Həcmdə isə 3-4 dəfə artacaq.  

Xəmiri yüngülcə əzin ki onu rahat kündələyə biləsiniz və xəmirdən kiçik hissələr qopardaraq ponçiklər formalaşdırmağa başlayın. Hazırladığınız dairəvi formaları yağlanmış tavanın üzərinə düzün və 10-15 dəqiqə gözləyin. Bu vaxt ərzində xəmir formalarına yenidən bir qədər hava hopar və onlar həcmdə şişmiş olar.  
Dərin qazanda təmizlənmiş və qoxusuz olan bitki yağı qızdırılır. Yağ tam qızandan sonra ponçikləri qazana buraxa bilərsiniz. Bir tərəfdən təxminən 30 saniyyə qızardın, sonra isə çevir ki, rənginə görə hər tərəfi bərabər olsun.  

Hazır ponçiklər kağız mətbəx salfetləri üzərinə (və ya adi təmiz dəsmal üzərinə) yerləşdirilir ki, üzərində qalan artıq yağlar süzülsün.  

Süfrəyə verərkən üzərinə bolluca şəkər pudrası səpin, zövqə görə şokoladlı kremlə də yeyilə bilər. 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 4 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri