Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 439
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  35 dəqiqə
Tərkibi:

100 qr un
100 qr kəsmik
100 qr kərə yağı
2 ədəd alma
1 x/q şəkər tozu
1 ədəd yumurta
0,5 ç/q darçın (əzilmiş)
zövqə görə 1 ç/q konyak (və ya rom)
1 ç/q limon şirəsi
1-2 ç/q şəkər pudrası

Hazırlanması:
Kövrək xəmirdə hazırlanan orijinal alma piroqu. Əgər siz də mənim kimi, asan hazırlanan, lakin dadlı reseptlər sevirsinizsə, o zaman siz bunu bəyənəcəksiniz.  

Soyuducudan kəsmik, un və yağ götürülərək mətbəx kombaynında qarışdırılır.  

Yumurta əlavə edərək qısa zamanda (yağ əriməmiş) xəmir yoğrulur və kündə hazırlanır. Burada diqqətli olun - əgər kəsmik nəmlidirsə, o zaman yumurtaya ehtiyyac olmaz. Əgər yumurtanı əlavə edəndən sonra xəmir yapışqan alınsa, bu halda bir qədər un əlavə etmək lazım gələr. Alınan kündə mətbəx plyonkasına bükülüb 30 dəqiqəlik soyuducuya yerləşdirilir.  

Almalar yuyulur, özəyi çıxarılır və zövqə görə qabığı soyulur.  

Almalar dilimlənir, limon şirəsi və ətirli alkoqollu içki ilə səpilir. Üzərinə şəkər tozu və darçın vurulur.  

Xəmir yayılır və tavaya yerləşdirilir. Üzərində ixtiyari qatlar edilir.  

Qatların aralarına alma dilimləri yerləşdirilir və üzərinə piyalədə qalan sirop səpilir.  
Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 30 dəqiqə bişirilir.  
Süfrəyə verildikdə, zövqə görə nanə yarpaqları ilə bəzəmək olar. 

 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri