London sayağı çizkeyk resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 182
Səs ver:
(səs: 5)
Hazırlanma vaxtı:  1 saat 25 dəqiqə
Tərkibi:

150 qr peçenya (savoyardi - "qadın barmaqları")
60 qr kərə yağı
250 qr krem-pendir
600 qr rikotta pendiri
5 ədəd yumurta
100 qr şəkər tozu
100 qr bal

Hazırlanması:
Hazırda dünyada yüzlərlə müxtəlif çizkeyk reseptləri mövcuddur. Fərqli inqredientlər çizkeykləri bir-birindən fərqləndirir. Hər bir çizkeykin əsas və ən vacib inqredienti isə pendirdi (Filadelfiya, Maskarpone, Rikotta və digərləri). Bu çizkeyk resepti "The Cheesecake Bible" kitabından götürülüb və İngiltərənin ənənəvi şirniyyatlarından biridir.
 
Lazım olan inqredientlər. 
Kərə yağı əridilir və bir kənara qoyulur.  
Peçenya blenderdən keçirdilir.  
Üyüdülmüş peçenyanın üzərinə əridilmiş yağ əlavə edilir.  
Yaxşı qarışdırılır.  
Forma qabının altı və qıraqları folqa kağızı ilə örtülür. Peçenya qırıntıları qaba əlavə edilərək altı düz boşqabla sıx-sıx formanın dibinə basdırılır. Əvvəlcədən 180°C qızdırılmış sobada 10-15 dəqiqə bişirilir.  
Keks qızılı rəng alınmalıdır. Hazır keks bir kənarda soyudulur.  
İçlik hazırlanır. Bunun üçün rikotta pendiri çalınaraq krem halına gətirilir.  
Alınmış kremə şəkər tozu, bal və krem-pendir əlavə edilir.  
Hamısı mikserlə tam qarışdırılır.  
Limon qabığı sürtkəcdən  keçirdilir.  
Limon qabığı və limon şirəsi kəsmikli kütləyə əlavə edilərək qarışdırılır.  
Ardınca bir-bir yumurtalar əlavə edilir və mikserin aşağı sürətində qarışdırılır. Kütlədə hava qabarcıqları əmələ gəlməsin deyə bu etapı tez keçmək lazımdır.  
Alınan kütlə formaya əlavə edilir.  

Forma oda dayanıqlı tavaya yerləşdirilir və tavaya təqribən 3-4 sm qədər su əlavə edilir. Əvvəlcədən 170°C temperaturunda qızdırılmış sobada təqribən 60-80 dəqiqə bişirilir. Nəticədə çizkeykin üstü qızılı rəng alır, içərisi isə bir qədər yırğalanmalıdır, bunun qorxusu yoxdur çünkü sonra çizkeyk soyuducuda tam soyudulacaq.  
Hazır çizkeyk sobadan çıxardılır, bir qədər soyudulur, qıraqları bıçaqla tavadan bir qədər ayrılır və bir günlük soyuducuya yerləşdirilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri