Almalı skon resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 530
Səs ver:
(səs: 1)
Hazırlanma vaxtı:  1 saat 10 dəqiqə
Tərkibi:

450 qr un
5 ç/q qabartma unu
1,5 ç/q duz
110 qr yağ
50 qr şəkər tozu
450 qr alma
süd (xəmir yoğurmaq üçün)

Hazırlanması:
Səhər yeməyində skonla çay içmək ingiltərənin qədim ənənəsidir. Skonlar (ing. "scone") — böyük ölçüdə olmayan ənənəvi ingilis bulkalarıdır.
İnqredientlər.  

Soba 200°C temperaturunda qızdırılır, tavaya yağ çəkilir və bir az un səpilir. Böyük boşqaba ələkdən keçirərək un, qabartma tozu və duz əlavə edilir.  
Yağ xırda kubiklər şəklində doğranılıb una əlavə edilir.  
Yağ unda qarışdırılır, şəkər tozu əlavə edilir. Yaxşı qarışdırılır.  
Almalar təmizlənir. Almaların yarısı iri sürtkəcdən keçirilir, digər hissəsi isə xırda doğranılır (şəkildəkindən də xırda).  
Almalar una əlavə edilir. Yaxşı qarışdırılır. Tədricən, xörək qaşığı ilə süd əlavə edilir və xəmir yoğrulur. Reseptdə cəmi 2 x/q süd istifadə edilib. 
Xəmir un səpilmiş taxtaya qoyulur və qalınlığı təqribən 1 sm ölçüdə yayılır.  
İti forma ilə skonlar kəsilir. Diqqət edin ki forma iti olsun, qıraqları zədələmədən. Stəkan bu halda köməyə gəlməz.  
Skonlar tavaya düzülür. Üzərinə süd vurulur və azmaz şəkər tozu səpilir. Təqribən 20-25 dəqiqəlik sobaya yerləşdirilir.  
Hazır skonlar sobadan çıxardılıb, soyuması üçün boşqaba yerləşdirilir.  
Nəhayət ingilis səhər yeməyi hazırdır! Süfrəyə verərkən zövqə görə üzərinə pendir və çiyələk cemi qoymaq olar. 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri