Qatılaşdırılmış südlü keks resepti - FOTO RESEPT

Müəllif: guler19
Şərhlər:
Baxılıb: 3020
Paylaş:
Səs ver:
(səs: 5)
Hazırlanma vaxtı:  50 dəqiqə
Tərkibi:

100 qr kərə yağı
100 qr şəkər tozu
3 ədəd yumurta
200 qr un
200 qr kəsmik
1 ç/q qabartma tozu
1 ç/q vanil esensiyası
100 qr bişmiş qatılaşdırılmış süd
bir qədər qoz ləpəsi

Hazırlanması:
Saytımızda müxtəlif növ kekslər barədə reseptlər var: şokoladlı keks, şokoladlı-bananlı keks, yumurta qabığında keks, vanilli və limonlu keks, mozaika keksi, çiyələkli keks, kişmişli keks və digər kekslər. Hazırki resept sadalanan kekslərdən xəmiri ilə çox da fərqlənməsədə, içində bişmiş qatılaşdırılmış süd olması onu daha zərif və dadlı edir.
 
Soba 180°C temperaturunda isidilir. Bu arada otaq temperaturunda olan kərə yağı şəkər tozu ilə qarışdırılır.  
Yumurta əlavə edilir və tam qarışdırılır.  
Alınan məhlula kəsmik və vanil esensiyası əlavə edilir. Yaxşı qarışdırılır.  
Qabartma tozu ilə un qarışdırılır və məhlulun üzərinə ələkdən keçirilərək əlavə edilir. 
Xəmir qarışdırılır. 
Yağlanmış forma qabının dibinə xəmir layı əlavə edilir, ortasına 2 çay qaşığı qatılaşdırılmış süd, onun da üzərinə qoz ləpələri səpilir.  
Üzərinə bir daha xəmir layı əlavə edilir və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada kekslər 20-30 dəqiqə bişirilir. 
Hazır kekslər bir qədər şişmiş və üzü qızarmış olmalıdır. Soyumasını gözləyirik.  
Nəhayət keksləri süfrəyə vermək olar. Kəsmiyə görə kekslərin xəmiri daha yüngül və zərif alındı. 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! 

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 3020
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv