Şokoladlı yüngül çizkeyk resepti

Şərhlər: 9
Baxılıb: 6 638
Səs ver:
(səs: 6)
Tərkibi:
150 qram toz halına salınmış peçenye
50 qram kərə yağı
100 qram şəkər
120 ml. qaymaq
150 qram acı şokolad
2 xörək qaşığı kakao
200 qram qaymaqlı pendir

Hazırlanması:
Şokoladı əritmək üçün qaba töküb onu qaynayan qazanın üstünə qoyun. Buxarda əriyən şokoladın soyumasını gözləyin. Blenderdə toz halına salınmış peçenyeyə ərimiş yağ və 1 xörək qaşığı şəkər əlavə edib yaxşıca qarışdırın. Onu qabda döyəcləyərək formaya salın və soyuducuda saxlayın.

Qaymağı mikserlə bir qədər qarışdırdıqdan sonra üzərinə əridilmiş şokolad və bir qədər isti su ilə qarışdırılmış kakao tozu əlavə edin. Bütün ərzaqları ehtiyatla qarışdırın. Sonra isə qaymaqlı pendirlə şəkər tozunu mikserlə çalın. Sonra onu şokolad kütləsi ilə birləşdirib yenidən qarışdırın. Onu peçenyenin üstünə töküb donması üçün soyuducuya yerləşdirin. Buzluqda 1 saat saxlayın.

30 dəqiqədən sonra soyuducunun aşağı hissəsinə qoyun. 30 dəqiqə də orada qaldıqdan sonra çizkeyki yemək olar.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 6 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri