Misir tortu resepti

Şərhlər: 17
Baxılıb: 3197
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi:
xəmir (1 korj üçün, cəmi 3 korj):

3 yumurtanın ağı
2,5 x.q. şəkər tozu
0,5 x.q. un 
50 q xırdalanmış qoz (yaxud fındıq)
(3 korj üçün göstərilən ərzağı 3-ə vurun)

krem:
10 yumurtanın sarısı 
10 x.q. şəkər tozu
5 x.q. un
2 paket vanilli şəkər tozu
350 ml süd
170 q kərə yağı

xırt-xırt içlik:
350 ml qaymaq 
200 q şəkər tozu
120 q doğranmış qoz, yaxud fındıq 

Hazırlanması:
Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın. Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək çalın. 

Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır. Unu və qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş, yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın). 

Xırt-xırt içlik: Şəkər tozunu qazançada əridin, karamel halına gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın. Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin. 

Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin. 

Xırt-xırtlı içliyi çəkin. 

Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).

Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 17
Baxılıb: 3197
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dosta_inam
Dadlı olar yəqin ki, tort dəlisiyəm, mütləq hazırlayacam bir gün, təşəkkür.
10 mart 2016 09:08
17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Vuska87
Sitat: Miss_Angel
mene ele gelir ki 3yumurtanin agina yarim iskan un lazimdi yarim iskanda pesok

Hee mencede .yarim qawiq unla korj cixar?
10 mart 2016 01:29
16
Offline
Belinda
Coox gozel gorunushu var. Dadi da yaxshi olar mence
10 mart 2016 00:10
15
Offline
vipbetul
cox gozel dadli olur
10 mart 2016 00:06
14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Angel
mene ele gelir ki 3yumurtanin agina yarim iskan un lazimdi yarim iskanda pesok
9 mart 2016 22:59
13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Totu
Beyendim.tsk
9 mart 2016 21:03
12
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
qanadli melek
Cox dadli gorsenir ama hazirlanmasi nese cetin geldi mene
9 mart 2016 20:24
11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Azəri_Ledi
şəkildə dadlı görsənir, tərkibidə sadədir bəyəndim
9 mart 2016 18:58
10
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Offline
Dj_Vampir
-Terkibini sevdim..Dadli olar yeqin
9 mart 2016 18:02
9
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
Leylas
Mence gozeldi.. Ureyim tort istiyir...
9 mart 2016 17:57
8
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 mart 2016 17:47
7
Offline
Şəbnəm Vüsal
Dadli torta oxwayir.ama birce kremine cox yumurta getmse yaxwi olardi.ama brlede adi krem de hazirlamaq olar.sinayaram belke alimdi mende
9 mart 2016 17:27
6
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
Zinyet
Gornuwu gozeldir goresen bizde biwirsek belemi alinacag
9 mart 2016 17:26
5
Offline
Fi-Ra
Cox bəyəndim. Xoşlayıram belə tortları 122

Smayliki səhv vurdum bunu qoyacaqdım nyam
9 mart 2016 16:58
4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
ulduz
Cox beyendim dadlı gorunur.
9 mart 2016 16:51
3
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
BARBI
Asan reseptdir. Mutleq prob edecem. Bele tortlari xoslayiram
9 mart 2016 16:43
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Dadlı reseptə bənziyir sınaqdan keçirmək olar ən azı) təşəkkür.
9 mart 2016 16:33
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv