Ərikli roqalik resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 4 445
Səs ver:
(səs: 6)
Tərkibi: 
xəmir: 

200 ml süd
2 yumurta
10 q quru maya 
200 q kərə yağı
2 x.q. şəkər tozu
1 çimdik duz
1 paket vanilli şəkər
1 kq un (az və ya çox ola bilər)
 
iç: 
ərik 
şəkər tozu
 
Hazırlanması:
Südü azca qızdırıb mayanı içində əridin (sadəcə qarışdırıb 15 dəqiqə saxlayın). Yumurtaları duz və şəkər tozu ilə çalın (1 yumurtanın sarısını üzərinə çəkmək üçün saxlayın). Yumşalmış yağ əlavə edin. Mayalı südlə unu qatıb elastik xəmir yoğurun. Ələ yapışmamalıdır. Xəmiri qida plyonkasına büküb ən azı yarım saat soyuducuda saxlayın. 
Ərikləri yuyub dənəsini çıxarın. 
Bu roqalik üçün jardel sortundan olan əriklər daha uyğundur: xırdadır, çox şirə buraxmır, əvəzində ətirli və dadlıdır. 
Xəmiri dörd yerə bölün. Hər birini nazik yayıb 8 yerə bölün. İçinə ərik qoyub azca şəkər tozu səpin, sonra roqalik kimi büküb kənarlarını bitişdirin. 
Sobanı qızdırın. Roqaliklərin üzərinə azacıq süd və şəkər tozu ilə qarışdırılmış yumurta sarısı çəkin. Formaya düzün, 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 4 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri