"Gecə mələyi" - tortu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 15 062
Səs ver:
(səs: 9)

alt

 

"Gecə mələyi" - tortu

İstifadə olunan məmulatlar:

Xəmir üçün:

1 stəkan un

100 qr kərə yağı

1 çay qaşığı soda

3 ədəd yumurta

2 stəkan şəkər tozu

2 xörək qaşığı kakao

1 xörək qaşığı bitki və ya yumuşaldılmış kərə yağı


Krem üçün:

1 stəkan qaymaq

4 xörək qaşığı səkər tozu

10 qr jelatin

100 qr sürtgəcdən keçirilmiş şokolad

Hazırlanması:

Əvvəlcə biskviti hazırlayın.Bunun üçün yumuşaldılmış kərə yağını şəkər tozu ilə birlikdə ağarana kimi çalıb üstünə çalınmış yumurta sarısını əlavə edin. Ayrıca yumurta ağını çalın və yumuşaldılmış kərə yaöı ilə qarişdırın.Ələnmiş una soda , kakao əlavə edib sonra yumurta ağı və yumuşaldılmış kütlənin üzərinə əlavə edib xəmir yoğurun.Xəmiri əvvəlcədən yağladığınız formaya boşaldıb190 – 200 dərəcədə 40 – 50 dəqiqə müddətində bişirin.
Kremin hazırlanması : qaymağı şəkər tozu ilə çalıb üzərinə jelatin əlavə edib yaxşıca qarışdırın.Daha sonra sokoladın yarısını sürtgəcdən keşirib bu kütlənin üzərinə əlavə edin və kütləni yaxşıca qarışdırın. Biskviti soyudub horizontal olaraq üç hissəyə ayırın.Bu hissələrin hər birıni kremləyin,yan tərəfləri biskvit qırıntıları ilə bəzəyin . Tortun üst tərəfinə krem sürtüb əridilmiş şokolad vasitəsi ilə müxtəlif bəzəklər vurub süfrəyə verin.
(səs: 9)
Şərhlər: 4
Baxılıb: 15 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri