Şokaladlı donut resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 14 232
Səs ver:
(səs: 4)
Tərkibi:
2 ədəd yumurta
1 yemək qaşığı kərə yağı
1 stəkan süd
2 ədəd qabartma tozu
1 su stəkanı şəkər toz
1 ədəd vanil
Kifayət qədər un

Üzəri üçün:
100 qram şokolad (Bitter)
100 qram şokolad (ağ)

Hazırlanması:
Unu dərin bir qaba tökün. Mayanı suda əridin. Şəkər tozu əlavə edib əridin. Maya, duz, süd, günəbaxan yağı, yumurta və darçını una əlavə edib yoğurun. Xəmirdən kiçik kündələr qoparıb əlinizdə yuvarladın, unludağınız nimçəyə yerləşdirin. Üzərini bir bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözləyin. Mayalanan xəmirləri sonra əlinizlə şəkilləndirərək ortalarını kiçik yumru bir dairə ilə deşərək simit şəkli verin. Yağlı kağız sərdiyiniz soba sinisinə düzün, əvvəldən isidilmiş 180 C dərəcədə sobada 20 dəq. bişirin. Üzəri üçün bitter şokoladı su hamamında əridin. Sobadan çıxardığınız donutlar soyuyarkən əriyən şokolada batırıb üzərini zövqünüzə görə bəziyə bilərsiniz.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 14 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri