Millionçu peçenyesi resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 5 056
Səs ver:
(səs: 5)
Tərkibi:
2 st. un
2/3 st. şəkər tozu
0,5 ç.q. duz
340 q südlü şokolad
2 banka qatılaşdırılmış sud
400 q kərə yağı

Hazırlanması:
Kərə yağını kubik doğrayıb blenderdə un, şəkər tozu və duzla xırdalayın. Qum kimi alınanda siniyə töküb əlinizlə basaraq hamarlayın.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Tavaya 2 x.q. kərə yağı qoyun, qatılaşdırılmış südü üzərinə əlavə edib ocağın üzərinə qoyun. Karamelli kütlə alınanadək bişirin.

Bu kütləni bişib soyumuş korjun üzərinə bərabər qaydada yayın.

Su hamamında şokoladı əridin.

Karamelin üzərindən şokoladı çəkib hamarlayın.

Soyuducuya qoyun.

Bərkiyəndən sonra kvadratlara bölün.

Nuş olsun! 
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 5 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri